Yolu çaşa-çaşa gəldim,hər yan dumandı, gördüm.Dünyayla baş-başa gəldim,üz-gözüm qandı, gördüm.

Gərək işıq yanana yox,it hürənə gedəsən.Mən də getdim; itlər susdu,işıqlar yandı, gördüm.

Bir qapını döyən kimion pəncərə açıldı.Hər açılan pəncərədənbir div boylandı, gördüm.

Qorxdum, qaçdım dəli kiminəfəsim kəsilincə.Döndüm, gördüm qovan yoxdu,qorxum yalandı, gördüm.

Oturdum bir daş üstündə,nəfəsimi dərməyə.Dərdiyim son nəfəsimdi,ömür tamamdı, gördüm.

(ilk şeirlər)

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets