Bir dostum söylədi ki, keçib getdi çənlərin,Keçərkən Dolmabağça, Topqapı sarayından.

Konuş, bülbüllərindən ordakı gülşənlərin,Konuş, böyük ulusun ulduzundan, ayından!

Sevinci doğacaqmı bunca qəm yeyənlərin?Yoxsa ox geri dönmür fırlayınca yayından?!

Dedim: qoy, salıq verim könlündən ərənlərin,Sən də salıq alasan onların harayından.

Bakıda, İstanbulu görəydim deyənlərin,Salam apardım ora bir bölük alayından.

İstanbulda Bakını görmək istəyənlərin,Sayı çoxdur Bakıda olanların sayından.

İstanbul, 1987

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring