Bir daşa rastladım Qobustanımda,O daşa çevrilən gülüstanımda.

Möcüzə yapmışdı zaman fırçası,Yoxluğa varmışdı qaya parçası.

Sandım Müşfiqimin başdaşıdır o,Könlümün daşlanan gözyaşıdır o.

O daş bənzəmirdi adi daşlara,Sanki söyləyirdi ulusdaşlara:

“İçimdə bir sir var, gərək deyəm mən,Qalmışam bu yerdə, qoyun qalım da!

Çökmüş bir qalanın son bürcüyəm mən,Yenə də durmuşam əski halımda!..”

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets