Can Azərbaycanımız
Meydan sulayan qurd kimi oğlanlarımız var,Qaplan südü içmiş dəli ceyranlarımız var,Seyr etməyə cənnət kimi seyranlarımız var,Hər qitədə, hər ölkədə heyranlarımız var.
Ey şanlı vətən, şöhrətimizsən, şanımızsan,Canlar sənə qurban, can Azərbaycanımızsan!
Ayrılmarıq, aləm bilir, öz torpağımızdan,Qartallarımız cövlan edir oylağımızdan,Alçaqlara şimşək saçılır hər dağımızdan,Ay-yıldıza bax şölələnir bayrağımızdan!
Ey şanlı vətən, məsləyimiz, vicdanımızsan,Canlar sənə qurban, can Azərbaycanımızsan!
Bir türkü yayılmaqdadır eşsiz dilimizdən,Zövq almada dünya obamızdan, elimizdən,Bir öndərimiz var ki tutubdur əlimizdən,Düşmənlər ayırmaz bizi can sevgilimizdən.
Ey şanlı vətən, sevgilimizsən, canımızsan,Canlar sənə qurban, can Azərbaycanımızsan!
Biz ərsəyə çatdıq, ucalıb ərşə çatandan,Minlərlə şəhid torpağın altında yatandan,Minlərlə igid bayrağa qan rəngi qatandan,Varlıqda bizə yox ulu bir nəsnə vatandan!
Ey şanlı vətən bayrağı, sönməz qanımızsan,Canlar sənə qurban, can Azərbaycanımızsan!
Biz yer üzünü dövrə vurub, hər yeri gəzdik,Yüksəkləri alqışladıq, alçaqları əzdik,Qoynunda mələklər dolu cənnətləri sezdik,Sənsiz, ulusun türküsünü bəstələməzdik.
Ey şanlı vətən, sən əbədi ünvanımızsan,Canlar sənə qurban, can Azərbaycanımızsan!
Canlar sənə qurbandır, ömürlər sənə vurğun,Neylər uca dağlardakı qartallara quzğun?!Qorxun, Dədə Qorqud deyir alçaqlara, qorxun!Tarixdə qalan abidəmiz var, adı Orxun!
Ey şanlı vətən, canlı şərəf dastanımızsan,Canlar sənə qurban, can Azərbaycanımızsan!
Ankara, 1989
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-can-azerbaycanimiz
Use ← → keys to move, R for a random poem
More by this author
Yamanlıq eyləyən abdal olmalı,Yaxşılıq igidin əlindən gələr.
İgid ərlərİgid ərlər ölümdən qorxmayan ölməz ərənlərdir,İgid ərlər döyüşdə ad alıb da can verənlərdir.
Təbiət qarşısındaBöyüklər bir çocuqdur məhəbbət qarşısında,Cavahir qiymət almaz o sərvət qarşısında,
GözəlimGözlərin könlümə biganə kəsilmiş gözəlim,Yarışırsan qara sevdalı bir şairləmi sən?!