Qara günlər yaşayırkən QarabağYurdumuzda qara bayraqlara bax!

Bakının dərdini duy, arkadaşım,Küçələrdən yol açan tanklara bax!

Ulusun bağrına bir-bir çəkilənDağ kimi mərmilərə, dağlara bax.

Bu müsibətləri alqışlayaraq,Sevinən arxalı daşnaklara bax!

Mətbuat aləmi böhtan saçıyor,Yazılan köhnə fırıldaqlara bax.

Dinləmə radio satqınlarını,Televizordakı yaltaqlara bax.

Qanlı ordu sarıb ətrafımızı,Ölkədə tapdalanan haqqlara bax!

Çıx şəhidlər gömülən parkımıza,Gül-çiçəklə qapanan bağlara bax.

Ölülər intiqam istər bizdən,Qisas eşqiylə yanan sağlara bax!

Ölümüzdən, dirimizdən çəkinənƏlləri qanlı qurumsaqlara bax.

Millətin sərt baxışından büzüşən,Gəzişən it kimi qorxaqlara bax!

Səs verir türklərə türk dünyası,Ayla ulduzla yanan dağlara bax!

Çağlayır sel kimi sərhədlərimiz,Bizlərə hay verən oylaqlara bax!

Bugünün qeyzi sabah çağlayacaq,Sən bugündən gələcək çağlara bax!

Bir daha alçalacaq alçaqlar,O zaman alçalan alçaqlara bax!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland