Dağlar nəğməsi
Aləmi var dağların,O sönməz ocaqların,O nurlu oylaqların,Sevincli bulaqlarınGözündəki yaş deyil,Rüzgarları titrədər,Köhlənləri büdrədər,Sürülər gəlib-gedər,Quşlar çobanlar qədərDağlara sirdaş deyil.
Töhfədir mahallara,Zirvədir xəyallara,Müjdədir marallara,Kim deyir, qartallaraDağlar arxadaş deyil?
Gəmisi, Nuhu vardır,Dumanı, ahı vardır,İçində ahu vardır,Dağların ruhu vardır,Torpaq deyil, daş deyil.
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-daglar-negmesi
Use ← → keys to move, R for a random poem
More by this author
Səndən sən ayırdın məni, can qalmadı canda,Sənsiz yaşamaq ölməyə bənzər bu cahanda.
Sənin dadlı öpüşün gözəllikdir bir udumSənin dadlı öpüşün gözəllikdir bir udum,İçincə yerimdəcə qovaq kimi qurudum.
Bir zaman öz əliylə yaxdı, qovurdu məniBir zaman öz əliylə yaxdı, qovurdu məni,Bir gülşənə döndərib, göyə sovurdu məni,
AmansızcasınaSən mənim mənliyimi asdın amansızcasına,Yarılan bağrıma daş basdın amansızcasına.