Ərlər
Ey can verib ad almış olan adsız igidlər!Daldıqca sizin qəbrinizə parlar ümidlər!And içmişik artıq adınız andımız olmuş,Ey andına sadiq qalan ərdəmli şəhidlər!
Varlıqda yaşar varlığınız torpağımızla,Yüksəkliyiniz yüksələcək bayrağımızla,Sazlar da, kamanlar da, davullar da sizindir,Alqışlayırıq sizləri can novrağımızla.
Ey qurdlara dağlar, dərələr aşdıran ərlər,Sellər yaradan duyğuları daşdıran ərlər!Yurd daşları yurddaşların eşqiylə ucalmış,Ey qanla yuyub torpağı yurdlaşdıran ərlər!
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-erler
Use ← → keys to move, R for a random poem