Getdi yar, niyə gəlmədi,Ölmədim deyə, gəlmədi.

Yaralandı bağrım mənim,Paralandı bağrım mənim.

Tutuldu nəşəli könlüm,Məcnun oldu dəli könlüm...

Döndü Leyliyə, gəlmədi,Bilmədim, niyə gəlmədi.

Getdi yar, məndən incidi,Neylədim, nədən incidi?!

Birdən-birə üzü döndü,Gözü döndü, sözü döndü.

Özü dönmədi, dönmədi.İçimdə odu sönmədi.

Bu ayrılıq əcəldi ki,Yarıma öylə gəldi ki...

Bilmədim niyə gəlmədi,Ölmədim deyə, gəlmədi...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets