Nə qədər qəribdir bu beytin, qərib,İki bölünməkdən qorxan qardaşım!Dinlə, ey o taydan bu taya gəlib,Bu taydan o taya baxan qardaşım!

Ərlər dədəmizə Qorqud deyirdi,Qorxan oğullardan deyildi Qorqud,Adıyla, andıyla, “qorxud!” deyirdi.Qorxud yağıları! – deyirdi Qorqud.

Qorqud nəvəsinə qorxmaq yaraşmaz,Qorxduq ki, çatılıb iki bölündük.Qorxduq ki, sərhəddə çevrildi Araz,Qorxduq ki, quzeyə, güneyə döndük.

İşlər bu ovqatla çətin düzəlsin,Ayrıyıq az qala iki yüz ildir.Deyirsən: “Azadlıq dalımca gəlsin...”Azadlıq ardınca gələn deyildir!

Düşün Bağırxanı, an Səttarxanı,İki bölünməkdən qorxan qardaşım!Arxalı dağlara çevir arxanı,Görərsən dağlardır arxan, qardaşım!

Arazla başlayır, Kürlə başlayır,Ulu qaynaqlıdır türkümüz bizim.Qılınc cəng edəndə, saz yavaşlayır,Yadlardan olmayıb ürkümüz bizim.

Neyləyər meydana atılmayınca,Çöpü də ikiyə bölmərəm – deyən,Yaşasın, ulusu qurtulmayıncaYaşamaram deyən, ölmərəm deyən!

İnam, ümid yoxsa, inan, yurd da yox!Nə çıxar darıxıb karıxmağından?!İki bölünməkdən qorxma əsla! Qorx,Qorx, güney qardaşım, bu qorxmağından!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets