Divanə eylədin məni,Sevgin içimdə sirr kimi,Əlinlə hörükləriniSal boynuma zəncir kimi.

Ha inildəyim, ha yanım,Kimsə olmasın hayanım,Qolları bağlı dayanımQarşında bir əsir kimi.

Dişlərin gövhər kimidir,Qaşların xəncər kimidir,Gözlərin səhər kimidir,Saçların bir fəcir kimi.

Göz qoyma heyranlarına,Can yandırma canlarına,Oduna yananlarınaYanma yetim-yesir kimi.

Başıma dünya darmıdır,Saçıma yağan qarmıdır?Gülüm, zavallı varmıdırAşiq olan şair kimi?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets