Qoynunda olanlar bilər qürbəti,Yurddaşa zəhərdir onun şərbəti,Qürbətin yayı da soyuqdur, oğlum!

Qartal uzaq düşməz öz oylağından,Könül oylağından, göz oylağından!Hər yerdə kürt düşən toyuqdur, oğlum

Ərdəmli oğullar yurdda uyuyar,Ulusu ərdəmli oğullar duyar,Ərdəmli oğullar duyuqdur, oğlum.

Vətən daşlarıyla ucalsın başın,Vətəndən ayrılan bir vətəndaşınBağrının başında oyuqdur, oğlum.

Ulus torpağıdır ömür novrağı,Hər şeydən ucadır ulus torpağı,Ulus torpağında nə yoxdur, oğlum!

[?]

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation