Yunus deyə-deyə
Yazda gözləri yol çəkərDağlar Yunus deyə-deyə,Güzdə yaprağını tökərBağlar Yunus deyə-deyə.
Dumanlanar başım kimi,Darılar sirdaşım kimi,Bulaqlar gözyaşım kimiÇağlar Yunus deyə-deyə.
Quşlar öpər çiçəkləri,Sazlar ötər diləkləri,Bağlamalar ürəkləriDağlar Yunus deyə-deyə.
Həyatı röyadan keçər,Xəyaldan, xülyadan keçər,Ölümdən dünyadan keçərSağlar Yunus deyə-deyə.
Qələmi qırar yazanlar,Qaranlıqlarda azanlar,Yunus eşqinə ozanlarAğlar Yunus deyə-deyə.
Bursa, 1990
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-yunus-deye-deye
Use ← → keys to move, R for a random poem
More by this author
Ey şair, göylər sənin sevincin, kədərindir,Göylərin şeriyyəti göylər qədər dərindir.
YaşılMən yaşıla vurğunam, sənin yaşıl gözlərin,Yaşıl gözəlliyidir baharlı gündüzlərin.
Rüzgarlar, dalğalarRüzgarlar dalğaların könül sirdaşı olmuş,Dalğalar rüzgarların ömür yoldaşı olmuş.
Bu dağlarBu dağlar, göylərə dalar bu dağlar,Nurunu günəşdən alar bu dağlar.