Vardır
Paytaxtını sorsan, deyər üç min yaşı vardır,Təsdiqləyən anbarda çopur bir daşı vardır.
Yurdunda olanlar hamısı boynu bükükmüş,Xaricdəsə üç milyon itən qardaşı vardır.
Bir milyonadək sanki gəbərmiş iki gündə,Guya ki qırılmışları addımbaşı vardır.
Şairlərinin saçdığı kin, yazdığı böhtan,Alimlərinin alveri var, daşbaşı vardır.
Gəz aləmi, bunca yalana aşiq olan yox,Gör hansı diyarda bu qədər çox naşı vardır!
Dövlət kimi bir əsrdə şöhrətli deyilkən,Millət kimi ardında duran dindaşı vardır.
Kimlər buyurub, qurdu basar arxalı itlər?Qurd oğlu basılmaz, nə qədər yurddaşı vardır!
Adlar da, soyadlar da bizim dildən alınmış,Hər türkümüzün orda bir ortaqdaşı vardır.
Torpaq da bizim, göl də bizim, çay da bizimdir,Adlar dəyişilməkdə, işin uğraşı vardır.
Bir tayfa ki, dünyanı gəzir cingənələrtək,Haqmı, bağırarsa soyu var, soydaşı vardır?!
Hər millətin öz adəti, öz tarixi olmuş,Tarixə yamaq tayfaların boş başı vardır.
Olmuşmu məgər milli xörək özgə dilində,Get gör, aşı var, dolması var, bozbaşı vardır.
Basdırma, kabab, küftə tələffüz edə bilməz,Əslində ayaqdan bişirilmiş xaşı vardır.
Cəllad kəsilən Andranik andıra qalsın,Alçaq olanın alçaq olan sirdaşı vardır.
Heykəl də yapılmış ona qansızlar əliylə,Qan içdiyinin şahidi min çağdaşı vardır.
Əlbəttə ki, bir gün çıxacaqdır üzə gerçək,Hər hiylənin, əlbəttə ki, bir gün faşı vardır.
Tarix! O həqiqət dolu bir məhkəmədir ki,Tarixdə əzəldən əbədi yaddaşı vardır!..
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-vardir
Use ← → keys to move, R for a random poem
More by this author
Nə şeirlər deyərsənMənalı gözlərinlə,
Görən yoxÇoxlarının gözlərindən yayınarÇox hikmətli bu varlıqda görən yox.
Sevgi sərxoşluğuBir gözəl əsir olur öz könülxoşluğuyla,Hansı qadın bayılmaz sevgi sərxoşluğuyla?!
ƏlindədirHər qadının gözəlliyi könlündədir, dilindədir,Hər kişinin mutluluğu bir gözəlin əlindədir.
Poems by other poets · Homeland
Qəm-qəsavət bu gün başa vuruldu,Ağlayalım, ayrılığın günüdü.
RustaveliXaqanilər, Nizamilər yetişdirən bir vətənin,Oğlu, qızı şeir yazır yubileyinə bu gün sənin.
Öyün, millət!O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.
SəninAlçaqlı, ucalı dağlar,Xub əsir yellərin sənin.