Yazıq millət, nələr gördün, nələr çəkdin bu dünyada,Quduz işğalçılarla odlanıb yandın, yazıq millət!

Yazıq millət, gülüstanında gül əkdin bu dünyada,Gül əkdin, vay dərib illərlə vaylandın, yazıq millət!

Zaman vardı hünərvərlikdə sən təkdin bu dünyada,O saf qəlbin kimi hər qəlbi saf sandın, yazıq millət!

Otuzxanla igidlikdə bir örnəkdin bu dünyada,Nə vaxt türk birliyiylə birləşər andın, yazıq millət?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring