Mənim arzum
Mən nə istəyirəm?Ciyər dolusu hava!Könül dolusu sevinc!Bəzən də bir az kədər.Elə ki,könlüm də,qəlbim də,beynim dəsevincin qədrini bilsinlər.Mən nə istəyirəm?Yaxşı dost;qəlbi açıq,nə yaxşı günün dostu olsun,nə ilqarda yarımçıq.Düşmən necə olur olsunancaq düşmən olsun,mərd-mərdanə,üz-üzə vuruşan olsun.Həzər,dostluğu, düşmənliyi bilinməyən,dodağı təbəssüm damğalıinsandan həzər!Hər yerdə,hər an həzər!Mən nə istəyirəm?Bahar uzansın il boyuçəmən-çəmən,oylaq-oylaq.Gül gülü çağırsın,çiçək çiçəyi.Çöllərə yanğın salsınlalə –dağlar göyçəyi!Ancaqlaləni, bənövşənibəzək üçün,vəzn üçünşerimizə soxmayaq!Mən nə istəyirəm?Gündüzlər aydın olsun,gecələr qara olsun;Ay doğana kimi.Hər şey bol olsun –yaqutdan tutmuş,soğana kimi.Şeir də bol olsun.Ancaq,təsbeh dənəsi kimibir-birinə bənzəyənşeirlərdənyaxa qurtarmağabir imkan,bir yol olsun.Mən nə istəyirəm?Çinar ağaclarıqarğasız olsun.Bu mümkün deyilsə əgər,heç olmazsa,şeir, sənət darğasız olsun.Vallah, belə yaxşıdır,sular axsın su kimitəmtəraqsız.Şerimiz zəngin olsun,müxtəlif olsun
böyük insan arzusu kimi.Bir günümüz keçməsinhərəkətsiz, maraqsız.Könüllər şad olsun.Vətənimin günləri kimi.Hər yerdə sevgi, ülfəttəmiz olsun,azad olsun;baharın aydın səhəri kimi.
Mən nə istəyirəm?Yaratmaqçın yaşayaq,yaşamaqçın yaratmayaq.Bir günümüzü belə,bir anımızı beləxırda, ucuz hisslərinqurumuyla qaraltmayaq.Yaxşı işimiz gündən-günə çox olsun.Həyatda da, sənətdə dəkönlümüz, gözümüztox olsun.Mən nə istəyirəm?Ciyər dolusu hava!Könül dolusu sevinc!Yaradıcı əməklə dolu ömür.Şəfəqli həyat!Mübarizəli, dinc!
Mən nə istəyirəm?Böyük arzular səslənsinhər hüceyrəmizdə.Həyatın nəbzi vursunhər nəsrimizdə,hər şerimizdə!
Kitabxana.az · https://kitabxana.az/en/works/resul-rza-menim-arzum
Use ← → keys to move, R for a random poem