Nəsimiyə, Füzuliyə, Sabirə açıq məktub
(Onlara məhəbbət, bəzilərinə ibrət üçün)
Düşünürəm:haqqım varmısizəustadım,babam deyəm,atam deyəm.Yoxsa utanım,susum;yolunuza, işinizəyadam deyə.Qazanmışammıövlad haqqınızəhmətimlə,məhəbbətim, nifrətimlə,cəsarətimlə!Sağ olun!Sağ olun ki,heç bir zamanbaşqa xalqa xor baxmadınız.
Tarixə İnsan düşdü,İnsan qaldı adınız.Düşünürəmbəlkə yanınızda qəbahətim var.Bəlkə bu babətdənaz-çox xəcalətim var.Xalqın taleyindəağır günlər az olmayıb.Sağ olun!Sağ olun ki,neçə-neçəsınaqdan keçə-keçəqəlbinizi, şeriniziqəzəb-kin yuvası etmədiniz.Bizə haqsızlıq eləyəntəklərə görə,minlərə, milyonlaradüşmən gözüylə baxmaqyoluyla getmədiniz.Mən xalqımı sevirəm!Bu sözün arxasındaömrümün çətin illəri var,ümidləri, arzuları, nisgilləri var...Bu sözün özündəməhəbbət varyaxşı insanlara,başqa xalqlara;taleyinə yadlarhökm eləyənlərədaha çox.Mən xalqımı sevirəm,ancaq mənimkidir deyə yox.Sevirəm, çünkio azadlığa qurban veribBabəkini.O qardaşlıq gücüyləyaradıb bugünkü Bakını.O Leninə silahdaş veribNərimanını.İnsanlığa bəxş eləyibSizi, Mirzə Cəlili,İsrafili, Çingiz İldırımı,Natəvanı, Xiyabanini.Yalnız tanınmışları yox,ona şöhrət gətirənminbirini sevirəm.Şöhrət gətirməyənlərnifrət gətirməyibsə,onlar da mənimkidir.Başqa xalqlaranə nifrətim,nə pis niyyətim olmuşdur.Kim nə deyir, desinKarvan keçər...zingildəyən Alabaşdır.Özümüzün də pisini,özgəsininkini dəbir insan qəzəbiyləbir şair nifrətilənə eşidən qulağım,nə görən gözüm olub.Hər zaman ehtiyatımdadönük, namərd, nankoruyandırıb külə döndərənsözüm olub.Sağ olun ki,gələcək övladlarakin deyil,məhəbbəti vəsiyyət etdiniz.Nə İsa deyən kimi“bir üzünə vurdular,o birini çevir!”yoluyla getdiniz.Bizə mərdlik, ədalət
böyük insan qəlbini tapşırdınız.Nə aciz olun dediniz,nə qılıqsız.Filantropluğu,mütiliyi bizə irs qoymadınız.Düşmənlə düşmən kimi,dostla dost kimi!Elə deyilmi,Ata Sabir!Dədə Füzuli!Baba Nəsimi!Siz bir bəhərli ağacadaş atıb deyə,əlinizə keçənindərisini soymadınız.İnsan məhəbbətinin,sədaqətin, mərdliyintərənnümündən doymadınız.600 il məsafədən görür aləmsəni Hələb meydanında, –qanına qəltan.Hanı fitva verən,hanı soyan,Hanı boynuna kəndir atan,böyük ustad!Yaşadın könlü qubarlı,dili gileyli.Ucaldanda məhəbbətinölümsüz heykəlini,demədin ki, yadelli,bir ərəb qızıdır Leyli,Məcnun – bir ərəb oğlu.Dedin: şairdərdlilərə həmdərd doğulur.Qələminlə “Leyli vəMəcnun” da bir az azəriləşdisə;bunun yamanlığı varmı bir kəsə!İran, Türkiyə, Hindistan.Yaxın, uzaq qonşular.Ortada Azərbaycan.Çəkilməz dərdləri,göynəkləri, müsibətlərisənə ağır gəlirdi.İnsan – qardaş dəyəndəgözünün qarşısınamübarizə yolundacanlarından keçənlər,yoxsul, fağır gəlirdi.Sağ olun!Çox yaşayın,əziz, böyük babalar!Sözünüzdə nə qərəz,nə başqa xalqa nifrət var.Canlı ürək var.Böyük amal,sərt həqiqət var...Sağ olun, var olun!Əziz, böyük babalar!Sizə ustadım,sizə babam deməyə,sizə atam deməyəhaqqım var.
Kitabxana.az · https://kitabxana.az/en/works/resul-rza-nesimiye-fuzuliye-sabire-aciq-mektub
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Dərdimə dərman qılan ol gözləri şəhla imiş,Qaşlarıdır kabə qövseyn zülfi ev əbna imiş.
İtmişdi dili-qəmzədə viranələr içrəİtmişdi dili-qəmzədə viranələr içrə,Səd şukr ki, tapdım onu meyxanələr içrə.
Etiqadın ilə möhkəm bil yəqin ey pürxirədEtiqadın ilə möhkəm bil yəqin ey pürxirəd,Ciddü cəhd verməz səmər ta olmasa həqdən mədəd.
Hərc-MərcÇərx cəfapişə gətir gərdişəBürk aldı qaç olubdu Şirvanımız