Min adamın işinibir dəqiqədə görən,şeir yazan,divar hörən,yolu işıq illəri qədəraləmlərdən xəbər verən,insan qəlbinitəmir edən, dəyişən maşınlar;mığmığalardan yaxa qurtara bilməyən,suların aynasındançirkab ləkələriniillərlə silməyən,səhrada dənizlər, göllər yaradan,gecələri nura qərq edən.Hər damlası minbir nemət –yağlı gödən,sorduqca sorulan,gah təngnəfəs olan,gah qara nəfəs qalan,yorulan buruqlar,orda əmək çəkənlər,insan sevincinə də,insan yorğunluğuna dayad olmayan,yer üzünün övladı insan;onun fərəhi, qayğısı,nəğməsi, fəryadı,mənim əsrim,mənim çağımdır.Mənim qüvvət, inam, qəzəb,arzu, kədər, nigaranlıqbulağımdır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets