Gələcək günün nigaranlığı:İnsanlara bir doyumluq çörək,bir içimlik su çatacaqmı?Yer üzünün yığın-yığın insanıköhnəliyin, mənəmliyin,fənalığın, qəzəbin, kinindaşını atacaqmı?Hər gün vuruşda, yarışda,otağında, xəstəxana yatağındaminlərlə məhv olanneçə insanındünyamızdan qayıtmaz apardığıkəşflər, ixtiralar!Təkrarsız şeir misraları.Bəstələr, rənglər.Mərmər poemalar.Məhsul artımı,bağların barı,gül düyməçələri,çinar çadırları;hamısı mənim qayğım,

mənim ümidim,mənim sınağımdır....Mənim çağımdır.Mənim əsrimdir.Gah sevinc, gah kədər gətirənevim, məktəbim,yazı masam,mənim əsərimdir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets