Ay can, ay can!
Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....Xalqın canı qurtardı töhmətdən, ay can, ay can!....
Qıl yaymayırdı əsla zalımların gözündən,Rüsvay idik cahanda məlunların sözündən,Ax, ax! Nə yaxşı oldu, iş düşdü öz-özündən,Əlləşməmiş qutardıq zəhmətdən, ay can, ay can!....Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....
Badi-səba, apar ver, Molla Qəvama müjdə,Yazsın, de, Lənkəranda Molla Səlama müjdə,Söylə, o da yetirsin cümlə əvama müjdə;Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....Munbərdə rəqsə gəlsin behcətdən, ay can, ay can!....
Ərz et bəşarət ilə Qafqaydakı vücudə:Jurnal, qəzet qapandı, durma, yıxıl sücudə,Hər nə bilirsən eylə qeybətdə, rübərüdə,Yazmaz dəxi yazanlar bidətdən, ay can, ay can!....Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....
Get Qübbəyə səlam et Molla Hacı Babayə,Söylə tutuldu cumlə jurnal, qəzet vəbayə,Mömün müridlər ilə dur qoş səda-sədayə,Ümmətlərin yığılsın hər kətdən, ay can, ay can!....Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....
Yatdı qəzet yazanlar, fursət dəxi sizindir,Qarşıda var orucluq, söhbət dəxi sizindir,Məsciddə mənbər üzrə lənət dəxi sizindir,Ayrılmayın ölüncə lənətdən, ay can, ay can!....Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-ay-can-ay-can
Use ← → keys to move, R for a random poem
More by this author
Ey dilbəranə tərzdə cövlan edən cocuq!Yeksər musurmanın ürəyin qan edən cocuq!
Bəxtəvər ("Oğlumuz, ay Xansənəm, bir yekə pəlvan imiş!")Oğlumuz, ay Xansənəm, bir yekə pəlvan imiş!Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!
Üç arvad ("Ax, bu uşaqlar necə bədzatdılar!")Ax, bu uşaqlar necə bədzatdılar!Lap deyəsən cin kimi bir zatdılar!
Səbr elə ("Etsə də aləm hamısı zəlzələ")Etsə də aləm hamısı zəlzələ,Aləmi gər tutsa da yüz vəlvələ,
Poems by other poets
Müsəlman qeyrətin çəkdin, gözətdin türkün namusun,Dağıtdın xavəri-islamdən küffar kabusun.
Qaranquşlar qayıdandaGələcəyəm sənə qonaqQaranquşlar qayıdanda.
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
Əvvəla şərti-gözəllikdə kamal olmalıdırƏvvəla şərti-gözəllikdə kamal olmalıdır,Saniyən qaideyi-hüsnü camal olmalıdır.