Barakallah ("Sən beləsənmiş, balam, ay barakallah sənə!")
Sən beləsənmiş, balam, ay barakallah sənə!..Fisq imiş əmrin tamam, ay barakallah sənə!..Doğru imiş, şairin olmaz imiş məzhəbi,Kafir olurmuş bütün mirzələrin əğləbi,Ləğvü əbəs mətləbi, ləhvü ləəb məşrəbi,Şuğlü qəzet, telqram, ay barakallah sənə!Ay adama oxşamaz, bir üzünə baxsana!Bomboz olub saqqalın, rəngü həna yaxsana!Mö’min olub, bir üzük barmağına taxsana!Ta ki, desin xasü am: ay barakallah sənə!Yox xəbərin, binəva, hiç özündən sənin,Lap malaqanlıq yağır girdə gözündən1 sənin,Doğrusu, mən ürkmüşəm bə’zi sözündən sənin…Vermərəm artıq salam, ay barakallah sənə!Heyf qapanmış sənin dideyi-həqbinlərin,Mənzilinə yığmısan partretin cinlərin,Gözlərinə çapmayır yoxsa bu bidinlərin –Surəti hər sübhü şam, ay barakallah sənə!Əqlin azıb, ay yazıq, boşlamısan karını,Cümlə dəyişdirmisən kürkünü, paltarını,Çəkmə, qaloş geymisən, pozmusan ətvarını,"Fi’lükə fi’lül-həram", ay barakallah sənə!Ağzına olsun qadam, ay barakallah sənə!..
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-barakallah-sen-belesenmis-balam-ay-barakallah-sene
Use ← → keys to move, R for a random poem
More by this author
Zilli-Sultana, amandır, verməyin Irana yol,Rəhm edin bir kərrə xəlqüllaha, Allah eşqinə!
Onlar ki, edir hörmətü namusunu təqdisOnlar ki, edir hörmətü namusunu təqdis –Bir digərinin irzinə eylərmi xəyanət?
Saxtə bir xətti-xam ilə mənə kağız yazıbSaxtə bir xətti-xam ilə mənə kağız yazıb,Ey məni təhdid edən min dürlü tə’kidat ilə!
Hatifdən gələn bir nida deyir ki:Görəsən Məmdəlinin yapdığı əf’alı nədir?Bu səyahətdən onun qayeyi-amalı nədir?
Poems by other poets · Satire
Bir paltar geymisən başa düşmürəm,Astarı hansıdır, üzü hansıdır.
Xoş ol zaman ki, xalq yatıb bizəban idiXoş ol zaman ki, xalq yatıb bizəban idi,Bəzmim pilov, çay ilə rəşki-cinan idi,
Bilmirəm bu Kamal əfəndilərBilmirəm bu Kamal əfəndilər,Nə üçün bikamal olur, ya Rəb?
Qiyamətmi qoparXalq oyandı, biz hələ yatsaq, qiyamətmi qopar?Kef edib, meymun-zad oynatsaq, qiyamətmi qopar?