Bir məclisdə on iki kişinin söhbəti
VəkilHəqsizə həqli deyi, bir çox günahlara batmışam.
HəkimDərdi təxşis etməyib, qövm-əqraba ağlatmışam.
TacirMən həlal ilə həramə bir birinə qatmışam.
RövzəxanÜmmətin pulun alıb, mən gözləri islatmışam.
DərvişNerdə bulsam soq açıb, min-min yalan söz satmışam.
SofiRuzü şəb həq-həq deyib, mən kəsi oynatmışam.
MollaGündə bir fitva verib, məxluqu çox aldatmışam.
ElmQəti-ümmid etmişəm, yeksər bu qövmi atmışam.
CəhlOrtada kef eyləyib, mən həm məramə çatmışam.
ŞairBülbülə, eşqə, gülə dair yalan fırlatmışam.
ƏvamAnlamam hərgiz, cəhalət bəstərində yatmışam.
QəzetçiMən çəridəm dolmaq üçün mətləbi uzatmışam.
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-bir-meclisde-on-iki-kisinin-sohbeti
Use ← → keys to move, R for a random poem
More by this author
Öymə nəsəbi, öyməyə şayistə həsəbdir,Gördük o müləvvəsləri kim, paknəsəbdir.
Cəvankən fəqrdən etmə şikayətCəvankən fəqrdən etmə şikayət,Cəvanlıqdan böyük bir sərvət olmaz!
Oğrulardan da bədəxlaq qumarbazlardırOğrulardan da bədəxlaq qumarbazlardır,Çünki bu firqədə onlar kimi cür’ət yoxdur;
Tap görüm!.. ("Həp kiçiklər kiçik ikən böyüyür")Həp kiçiklər kiçik ikən böyüyür,O nədir ki, böyük ikən kiçilir?
Poems by other poets · Satire
Gəlcək ramazan tazələnir köhnə şəriət,Ağzın qapayıb millət alır və’dəyi-cənnət,
Bir rübaidə dörd qələt buraxırBir rübaido dörd qələt buraxır,Barakallah, bizim müsəhhihlər.
QurumsaqGörsən tanımazsan Yarımsaqqalı,Çıxıb əndazədən dövlətü-malı,
AğarıbdırDivanə könül, daxı usan, yal ağarıbdır,Bir güzgüyə bax gör ki, pərü bal ağarıbdır,