Hörümçək və ipək qurdu
Bir hörümçək özün çəkib durdu,
Dedi fəxr ilə:-Ey ipək qurdu!
Nə xəsilətlə iş görürsən sən,
Niyə bunca ağır hörürsən sən?!
Gəl mənim sənətimdə sürətimi
Görüb iqrar qıl məharətimi.
İşə gircək tamamını hörürəm,
Az zaman necə çox iş görürəm?!
Baxdı, güldü ona ipək qurdu,
Sərzəniş etdi, tənələr vurdu.
Dedi:-Bərfərz olsa, hər yerdə
Toxuyarsan böyük, kiçik pərdə.
De görüm, onların nədir səməri?
Bəlkə də hər kəsə çatır zərəri.
Leyk məndə yox isə də sürət,
Yapdığım işdə var ağır qiymət.
Aləmə faidə verir karım,
Hər kəs istər ola xəridarım.
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-horumcek-ve-ipek-qurdu
Use ← → keys to move, R for a random poem
More by this author
Əcdadına çəkdi, pədərin mütləq unutdu,Məb’usləri məclis ilə atəşə tutdu,
MüxabirəMəmdəli:Sevgili sultan babam, söylə, sənin halın nədir?
Ax!..Necə kef çəkməli əyyam idiAx!.. necə kef çəkməli əyyam idi,Onda ki, övladi-vətən xam idi!
Ay can, ay can!Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....Xalqın canı qurtardı töhmətdən, ay can, ay can!....