Qəmü möhnət füzun oldu
Yetər, canım, çəkil get, etmə çox təbxiri-hürriyyət!Bizim qazqanda hərgiz oynamaz kəfkiri-hürriyyət!Hanı, dersən: “Girizandır vətəndən leyli-istibdad”?Məgər görməzmisən ətrafı tutmuş xeyli-istibdad?!Bu gün Iranı yeksər qaplamışdır seyli-istibdad,Yazıq ölçməkdədir xuni-cəhanı geyli-istibdad,Hələ Təbrizə də var iştəhayi-meyli-istibdad!Yetər, canım, çəkil get, etmə çox təbxiri-hürriyyət!Bizim qazqanda hərgiz oynamaz kəfkiri-hürriyyət!Demə: “Tiği-rəşadət xiyrəsazi-çeşmi-imkandır”!De kim, təkfir üçün tiği-zəban hər yerdə bürrandır!Deyən kafir müsəlmanə sanır kəndi müsəlmandır;Bu gün həq söyləyən hər kəs olursa küfrə şayandır;Gözəl bir əsrdir: qəhti-şüurü əqlü vicdandır!Yetər, canım, çəkil get, etmə çox təbxiri-hürriyyət!Bizim qazqanda hərgiz oynamaz kəfkiri-hürriyyət!Mücahid qalxızıb, dersən, şükuhin mülki-Iranın, –Buna təmkin edərmi çakəranı şahi-zişanın?Buna razı olarmı qeyrəti, namusu ə’yanın?Bu yol bir şanlı qurbangahdır insafın, imanın!Nə iman vəqtidir?! Ancaq gözət xeyrin cibişdanın!Yetər, canım, çəkil get, etmə çox təbxiri-hürriyyət!Bizim qazqanda hərgiz oynamaz kəfkiri-hürriyyət!Əvət, “səhrayi-Iran doğrudan bir odlu meydandır”,Fəqət ol odlu meydanda duran bir şiri-ğürrandır,Vəli, min hiyləgər, tülkisifət hər yan nümayandır,Yatıb iranlılar, nagəh görərlər ölkə virandır,Hələ qoy söyləsinlər də – mücahid namüsəlmandır;Hələ qoy eyləsinlər büsbütün təkfiri-hürriyyət!Desinlər də – bizə lazım deyil tə’miri-hürriyyət!
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-istiqbal-bizimdir-yeter-canim-cekil-get-etme-cox-tebxiri
Use ← → keys to move, R for a random poem
More by this author
Səradən bir dəli şeytan deyər: insanlar, insanlar!Nədir dünyanı dutmuş elmlər, irfanlar, insanlar!?
Amalımız, əfkarımız ifnayi-vətəndirAmalımız, əfkarımız ifnayi-vətəndir,Kinü qərəzü hirs bizə ziynəti-təndir,
SərhesabSəs ucalaşdı, qoymayın!Millət oyaşdı, qoymayın!
Ağlaşma ("Nə rəvadır əğniyalər baxa ac qalanə, ya rəb!")Nə rəvadır əğniyalər baxa ac qalanə, ya rəb!Bu nə söz ki, ac qalanə oluna ianə, ya rəb!
Poems by other poets · Satire
Bir hekayə, bir novella yaza bilmirəm,Hıqqanıram dost-aşnaya məktub yazanda.
MollanınGəlib orucluğun dəmi, çıxır sədası mollanın,Bu ayda müstəcəb olar bütün duası mollanın.
Məscid büsatıYetişdi mövsümi-matəm, göz aç, ey şiə, yatmaqdan,Usanmaz şiə bu ayda nigarə qaş-göz atmaqdan.
Ağa dərvişBir tazə qəsidə edib inşad ağa dərviş,Xırmanda qurub şivənü fəryad ağa dərviş.