Məftuni-səri-zülfüne qüllab gərəkməz
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Məftuni-səri-zülfüne qüllab gərəkməz,Rəncuri-ləbi-ləlinə innab gərəkməz.
Məhrabə sücud ətmərəm, ey qibleyi-məqsud,Qaşın görənə səcdeyi-mehrab gərəkməz.
Aç zülfünü, divanələri bir yerə yığma,Bu firqəyə cəmiyyəti-əsbab gərəkməz.
Yatma xəmi-zülfündə nigarın belə rahət,Aşiqlərə, ey xəstə könül, xab gərəkməz.
Mən nəşeyi-ləli-ləbi-canan ilə məstəm,Saqi, mənə minbəd meyi-nab gərəkməz.
Hicrində rəvadir ciyərim qanı tökülsün,Çeşmindən axan qətreyi-xunab gərəkməz.
Maqta — the closing couplet bearing the poet’s pen name. Sirab eləyib ləli-ləbin Sabiri, ey şux,Təbdari-qəm-eşqinə qəndab gərəkməz.
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-meftuni-seri-zulfune-qullab-gerekmez
Use ← → keys to move, R for a random poem
More by this author
Dindirir əsr bizi, – dinməyiriz,Açılan toplara diksinməyiriz;
Əksimə ("Zahidin əksimə düşcək nəzəri-xudbini")Zahidin əksimə düşcək nəzəri-xudbini –Görür ayineyi-safımda o bir bidini;
Əhli-İranda, pah oğlan, yenə hümmət görünür!Əhli-İranda, pah oğlan, yenə hümmət görünür!Yenə hər guşədə bir tazə cəmaət görünür!
Dün cəhənnəm vəsfini zahiddən eylərdim sualDün cəhənnəm vəsfini zahiddən eylərdim sual,Cənnəti ağzın açıb etdi mənə vəsfi-sifat;
Poems by other poets · Love
Qönçeyi-gül ta gülüstanın çırağın yandırırƏndəlibin pərdeyi-çeşmində yağın yandırır
Gene bu tazə, könül mehri bir cavanə salıbGenə bu tazə, könül mehri bir cavanə salıb,Genə bu pir, ələ bir Yusifi-zəmanə salıb.
SənsənBaşına döndüyüm gül üzlü yarım,Bizim bu dağların maralı sənsən.
سلسلهٔ ابر گشت زلف زره سان اوقرصهٔ خورشید شد گوی گریبان او