Pa atonnan, nə ağır yatdı bu oğlan, ölüb əəə!Nə də tərpənməyir üstündəki yorğan, ölüb əəə!

Bu qədər qışqırığa durdu qonum-qonşu tamam,Dəbərişməz də, veribdir deyəsən can, ölüb əəə!

Demək olmaz dirilər tək yatıb, əlbət, duracaq,Ölülər yatmağıdır, yox buna payan, ölüb əəə!

Çox soyuqdur çıxan ahəstəcə tək-tək nəfəsi,Bədənində donuşub, laxtalanıb qan, ölüb əəə!

Cumuxub canına bitlər, birələr, hiss eləmir,Çalsa əqrəb də, hənuz eyləməz aman, ölüb əəə!

Hansı doktora ərz etdim onun illətini,Dedi: çək bundan əlin, boşla, bu çoxdan ölüb əəə!

Nə "masaj"la, nə "məsnui-tənəffüslə" bunun,Və nə "dağ" ilə olur dərdinə dərman, ölüb əəə!

Bunu hətta düşünüb cümlə müsəlman uşağı,Hər vilayətdə deyirlər: pa atonnan, ölüb əəə!

Məzəli lap budur ki, bir parə rus damaları,Qoşulub bunlara derlər ki, müsəlman ölüb əəə!

Aman, ay Molla dayı, bir kitab açdır, fala bax,Tapmasan çarəsini sən də de ordan: ölüb əəə!..

(İlk dəfə "Molla Nəsrəddin" jurnalında (8 iyul 1907, N25) imzasız çap olunub)

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets