Qoyma, gəldi! ("Xandostu, amandı, qoyma gəldi!")
Xandostu, amandı, qoyma, gəldi!Didarı yamandı, qoyma, gəldi!Vay, vay! Deyəsən bəşər deyil bu!Bir şəklə uyan təhər deyil bu!Allahı sevirsən, ər deyil bu!Ərdodu, qabandı, qoyma, gəldi!Didarı yamandı, qoyma, gəldi!Ol gün ki, adaxladız, utandım,Oğlandı, dediz, ərin, inandım,Ər boylə olurmuş?! Indi qandım;Xandostu, amandı, qoyma, gəldi!Kirdarı yamandı, qoyma, gəldi!Qorxdum, ay aman, yarıldı bağrım,Bir nazik ipə sarıldı bağrım,Gup-gup döyünüb darıldı bağrım,Canım oda yandı, qoyma, gəldi!Kirdarı yamandı, qoyma, gəldi!Dudkeş kimi bir papaq başında,Ağ tükləri bəllidir qaşında,Gərçi qocadır – babam yaşında,Amma sorağandı, qoyma, gəldi!Kirdarı yamandı, qoyma, gəldi!İyrənmişəm ağzının suyundan,Qətran qoxusu gəlir buyundan,Lap doğrusu qorxmuşam xuyundan,Bir əf’i ilandı, qoyma, gəldi!Kirdarı yamandı, qoyma, gəldi!
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-qoyma-geldi-xandostu-amandi-qoyma-geldi
Use ← → keys to move, R for a random poem
More by this author
Ax!.. necə kef çəkməli əyyam idi,Onda ki, övladı-vətən xam idi!
AÇILDIQCA SƏNİN SÜBHÜN, MƏNİM DƏ HÖRMƏTİM ARTIRAçıldıqca sənin sübhün, mənim də hörmətim artır,Qaraldıqca şəbi-tarin cəlalü şövkətim artır.
NəsihətEy xacə, çalış surəti-zahirdə qəşəng ol!İstərsən özün siyrəti-mə’nadə1 cəfəng ol!
Mahi-rəməzandır, yenə meydan da bizimdir!Mahi-rəməzandır, yenə meydan da bizimdir!Meydan da bizim, ərsədə cövlan da bizimdir!
Poems by other poets · Satire
Heyf, səd heyf, bu iş bulmadı əncam yenə,Üləma özlərini eylədi bədnam yenə.
Məscid büsatıYetişdi mövsümi-matəm, göz aç, ey şiə, yatmaqdan,Usanmaz şiə bu ayda nigarə qaş-göz atmaqdan.
Ağbaşlar içtimainin qətnaməsiŞükr-lillah almışıq hürriyyəti bundan sora,Saxlamaq bu əski ruhaniyyəti bundan sora.
Ehsan aşiqiİndi ölənin, Kirpi dayı, hörməti yoxdur,Ehsansız olan məclisin heç ləzzəti yoxdur.