Bəzi rayonlarda qədim abidələri uçurubdaşını, kərpicini daşıyırlar...

Milyon-milyon nəsil keçib,bu torpağın özü qalır.Yer altında, yer üstündəkeçmişimin izi qalır.

Ocağımın, oymağımın hər qatında,Nəğmələrin, laylaların qanadındaYaşamışıq möcüzələr ümidinə.Yol açmışıqnəslimizin təzə-təzə ümidinə.

Külüngünü sən vuranda o divaraÖz əlinlə öz sinəndə açdın yara.Tarixin bir vərəqitəkovulanda əlində daş –Özünü kor qoyduğunudüşünmədin niyə, qardaş?Gözə dəyən nəyimiz var yad aparmış,Sel aparmış, yel aparmış,od aparmış...Bir yandan da biz özümüz,bizim iti iştahamız,“mənim olsun” ehtirası –Uçan divar, daşınan daş,itən yazı.Uluların bu qalanı ucaltmışdıelin üçün,yurdun üçün,sənin üçün,Sənsə yıxıb daşıyırsantoyuğunun hini üçün!..Qədim bir yurd uçduğundandaş aparmaq – qənimətin...İndimizə yük olduğun bəs deyilmiş,Kökünə də od vurursan bu millətin!Sən tək olsan – qəzəbimə yer olmazdı,Kişilərin ucaltdığınakişilər əllərində uçulmazdı.Qələmiylə, yazısıylaxalqa ləkə yaxanlar var.Tarixçi diplomu üçüntariximi yıxanlar var.

Keçmişi də qurban verir şöhrətinə,Öz-özünə ləkə yaxarbaşqasının hörmətinə,Elə bil ki, yad ananınyad bətnindən doğulubdur.Allahı da yad olubdur.Yad gəlməsə, o yox imiş,Yad qartaldı, o – hinlərdə toyuq imiş.Adını da yadlar verib,Ocağına odunu da yadlar verib.Doğulduğu bu el belə,danışdığı bu dil beləxəyalında bir bəxşişdir,Neçə özgə muzey görüb,Nizaminin türbəsini görməmişdir!..Soyumuzu dağa çəkən, daşa çəkən,Çörəyimlə alim olub,mənə gülüb, nəşə çəkən!Özümüzü içimizdən yeyən qurdlar –alimciyəz, tarixbazlar,Öz kökündən çoxdan qopubkökdən yazan oyunbazlar!Xoşqeyrətli filanzadə!nökər ruhlu haramzadəsəndən də pis!daha qorxunc, daha xəbis!..Nəyə gərək belə qardaş –yaxınlığı yoxsa mənə?Beləsindən milyon kərə doğma olmuşYerdən çıxan saxsı mənə!..

15.IX.1980

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets