Səs ucalaşdı, qoymayın!Millət oyaşdı, qoymayın!Rişteyi-dərsə, məktəbə…Cümlə dolaşdı, qoymayın!İş yavalaşdı, qoymayın!

El uyuşub azanlara,Gündə qəzet yazanlara,Od vurulub qazanlara,Qaynadı, daşdı, qoymayın!Həddindən aşdı, qoymayın!

Tərk eləyin cavanları, -Zərrəcə yoxdu qanları,Sözləri doğru isə də,Başları saşdı, qoymayın!Çöhrə təraşdı, qoymayın!

Sehri, füsunu xoşlayın,Şairi, şeri boşlayın,Məktəb ilə bu firqəninBağrı badaşdı, qoymayın!Nikbəti var, səsin kəsin!Qarğa, dolaşdı, qoymayın!Çox pis ulaşdı, qoymayın!

Kafir olub, vurun, vurun!Rişteyi-ülfətin qırın!Yazdığı şərini cırın!Dinə sataşdı, qoymayın!Küfrə bulaşdı, qoymayın!

Əqli, şüuri, fəhmi yox,Irzu həyadə səhmi yox,Məzhəbi, dini, rəhmi yox,Işləri yaşdı, qoymayın!Lap danabaşdı, qoymayın!Qırıldı qaşdı, qoymayın!Gözdən uzaşdı, qoymayın!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire