Şimdi hər millət edir nəfsini irfanə fəda,Vətən övladı üçün elmə, dəbistanə fəda.Qara məxluq deyil, bizdəki ariflər dəVətən övladın edir nəf’i-cibişdanə fəda.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Daş qəlbli insanları neylərdin, İlahi?!

Daş qəlbli insanları neylərdin, ilahi?!Bizdə bu soyuq qanları neylərdin, ilahi?!

1 min
Doğrudan da, Məmdəli, qeyrət həlal olsun sənə!

Doğrudan da, Məmdəli, qeyrət həlal olsun sənə!Baği-şəhdə etdiyin işrət həlal olsun sənə!

2 min
Dərda ki, razi-pünhan, xahəd şod aşikara

"Dil mirəvəd zidəstəm, sahib dilan xudara!Dərda ki, razi-pünhan, xahəd şod aşikara!"

3 min
Ey fələk zülmün əyandır

Ey fələk, zülmün əyandır, bu necə dövri-zəmandır ki, işim ahu fəğandır, məni yandırma amandır, gözümün əşki rəvandır, ürəyim dopdolu qandır, hamı qəmdən bu yamandır ki, neçə əhli-qələmlər, buraxıb canıma qəmlər, qarışıb dərd bəhəmlər, ürəyim indi vərəmlər, qazetə, jurnala bu küfrişiyəmlər necə cürətlə rəqəmlər yazılıb, islamə sitəmlər eləyirlər ki, gərək aləmi-islamdə, hər ölkədə, hər şəhrdə, dinarü dirəmlər saçılıb, məktəbi-nisvan açılıb, qız balalar məktəbə hazır olalar, elmdə mahir olalar, fəzldə bahir olalar, başdan-ayağə geyələr don, gedələr məktəbə on-on, dutalar şiveyi-bidət, oxuyub nəhvlə hikmət, alalar dərsi-təbabət, bilələr cümlə kitabət, edələr yazmağa adət, itə ismət, bata iffət… aman, ey vah! Ay allah! Bu qövm oldu nə gümrah! Bu nə şiveyi-ikrah! Bu nə zümreyi-bədxah! Salıb aləmə pərxaş, bular lal ola kaş, düşə başlarına daş! Xudaya, bu nə güftar, nə rəftar, nə murdar, nə biar, fəna karə bizi sövq eləmək fikrinə amadə olublar! Qıza lazımdır əgər bilmək: o da ev işi, paltar tikişi, köhnə yumaq, yun daramaq, don yamamaq, səhnü səranı süpürüb, kasəni, qabı üfürüb, küftə, kələm dolması, mət halvası, ət bozbaşı, ya lobyalı aş, bir dəxi təndir lavaşı eyləməyindəndir ibarət ki, əgər bunları bilməsə eyb eləməz, ancaq qıza ən lazıməli bir, iki, üç məsələni bilməyidir, bilsə olur əmrə kifayət: biri oldur ki, gəlin getdiyi evdə bacarıb qaynataya, qaynanaya çımxıra bilsin ki, ona söz deməyə bir kimsə də olmaya curət, biri də qaynı ilə sahibi mabeyninə bir hadiseyi-təfriqədir kim, ona dair edə hiylət ki, beş-üç gündə çox ildən qazanılmış bu qədər mehrü məhəbbət ola təbdili-ədavət; biri, həm axırı, ən ümdəsi damdabacanın, həm xoxunun, xortdanın adlarını bilməkdə gərək səy edə övrət, nə qədər faidəsi var bu işin gər ola diqqət ki, əgər ağlaya, yainki dəcəllik edə bir tifl, nəhayət anası söyləsə bu adları filfövr edər övladını rahət və qalar əqli səlamət, başı çəkməz də məlamət…Budur aləmi-nisvan!

19065 min

Poems by other poets · Wisdom and advice