Şirvan ("Şe’rimi, Molla dayı, zənbilə salsan, mənə nə?!")
Şe’rimi, Molla dayı, zənbilə salsan, mənə nə?!Düşməyib ümdənü səhvən yada Şirvan, mənə nə?!Özüm aciz deyiləm, şəhrimizin ətvarınÇəkərəm nəzmə, əgər olsa da hədyan, mənə nə?!Əvvələn, ümdeyi-mətləb bu ki, şəhr əhli təmamTənbəlü kahilü bihimmətü nadan, mənə nə?!Məhfilü məclisimiz, mədrəsəvü məscidimiz,Həm qiraətxanəmiz bağlı, pərişan, mənə nə?!Əvəzində buların çayçı, çaxırçı dükanıGecə-gündüz doludur cümlə müsəlman, mənə nə?!Füqəranın qanını çox da sorullar lotular,Şeyxlər xəlqə satır huriyü qılman, mənə nə?!Qanmasan sözlərimi jurnala da yazma dəxi,Məsləhət amma budur, fikr elə, bir qan, mənə nə?!
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-sirvan-se-rimi-molla-dayi-zenbile-salsan-mene-ne
Use ← → keys to move, R for a random poem
More by this author
Şimdi hər millət edir nəfsini irfanə fəda,Vətən övladı üçün elmə, dəbistanə fəda.
Oylə qorxmam "biş"dən kim, qorxuram "cədvar"dənOylə qorxmam “biş”dən kim, qorxuram “cədvar”dən,Yardən olmam əmin, olsam da gər əğyardən;
Bakıda Şamaxı yolundakı həbsxanənin qabağında oxunan növhədirAsta-asta, ey hacı, izhar olur xəlvətdəki,Get-gedə lap şöhreyi-bazar olur xəlvətdəki;
Səfil tacir deyir ki ("Bir neçə ildir ki, uyub işrətə")Bir neçə ildir ki, uyub işrətə,Bilməmişəm əmri-ticarət nədir?
Poems by other poets · Satire
Mənalı keçərsə məclisdə söhbət,Plov nəyə lazım, aş nəyə lazım?
Bizim arvadEvdən çölə çıxmazdı əzəldən bizim arvad,Şura gələli çıxmış əməldən, bizim arvad.
"Bayramlıq"Novruz yetişdi, füqera otdu pərişan,əfsürdə və nalan.
Nəyə lazımSalus əyyara bənzətmə*Oldun tutalım, sahibi-vicdan, nəyə lazım?