دوتما اول گل دامنین محشر گونینده جان ایچونقیلما یوزسیزلیق نگارایلن بیر آووج قان ایچون

Tutma ol gül damanın məhşər günündə can üçünQılma üzsüzlük nigar ilə bir ovuc qan üçün

آچماگیل آغزین گورنده خال مشکین دانه سیاگمه باش پرگار تک هر نقطه یه دوران ایچون

Açmagil ağzın görəndə xali-müşkin dənəsiƏymə baş pərgar tək hər nöqtəyə dövran üçün

یولداش اولدورکیم قارا گونلرده یولدان چیخماسونکسمه یولداشدان خضر تک چشمه حیوان ایچون

Yoldaş oldur ki qara günlərdə yoldan çıxmasınKəsmə yoldaşdan Xızır tək çeşməyi-heyvan üçün

ینگی آی باشین اگر خورشیده تا اولسون تمامساده دل بیلمز که بسلر ئوزینی نقصان ایچون

Yeni ay başın əgər xurşidə ta olsun təmamSadədil bilməz ki bəslər özünü nöqsan üçün

مشرب ایچون قویماگیل الدن عنان اختیارخام لیغدان آتینی ئولدورمه گیل میدان ایچون

Məşrəb üçün qoymagil əldən ənani-ixtiyarXamlıqdan atını öldürməgil meydan üçün

حسن جولانیندان ال کسمکدور آروادلار ایشیکس ئوزیندن مردلر تک یوسف کنعان ایچون

Hüsni-cövlanından əl kəsməkdir arvadlar işiKəs özündən mərdlər tək Yusifi-Kən'an üçün

Maqta — the closing couplet bearing the poet’s pen name. منت ایلن دیریلیک صائب ئولومدن دور بترجان وئرورلر اهلِ غیرت دردِ بی‌درمان ایچون

Maqta — the closing couplet bearing the poet’s pen name. Minnət ilə dirilik, Saib, ölümdən dir bətərCan verirlər əhli-qeyrət dərdi-bidərman üçün

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring