مهِ شبگرد اگر گؤرسون اونین خورشید رخسارینکمند ایلر اونی صید ایتمک ایچون هاله زنارین

Mahi-şəbgərd əgər görsün onun xurşid ruxsarınKəmənd eylər onu seyd etmək üçün halə zünnarın

شکرخند ایلیینده نیلسون عشاق ایلن یارب؟که آجی سوزلر ایلن جان ویرور لعل شکربارین

Şəkərxənd eyləyəndə neyləsin üşşaq ilə, ya rəb?Ki acı sözlər ilə can verir lə'li-şəkərbarin

نیجه محو اولماسون آدم، اونین سیراننی گورجک؟که جیران اونودوپدور وحشتین گوردوکجه رفتارین

Necə məhv olmasın Adəm, onun seyranını görcək?Ki ceyran unudubdur vəhşətin gördükcə rəftarın

نه لایقدور که عشق اهلی قیله قان ایچدیگین (سن) سیزنیچون بلبل یا شورماز ایل گوزیندن قانلو منقارین؟

Nə layiqdir ki eşq əhli qıla qan içdiyin (sən) sizNiçün bülbül yaşurmaz el gözündən qanlı mənqarın?

سپهر سنگدل ایچره، من اول فرهاد تردستمکه آب تیشه دن کان زمرد قیلدی کهسارین

Səpehri-sənggil içrə, mən ol Fərhadi-tərdəstəmKi abi-tişədən kani-zümrüd qıldı kuhsarın

Maqta — the closing couplet bearing the poet’s pen name. مگر اول آفتاب ایلن شفق گون می ایچر صائب؟که سرخوش تک چکریرئوزره هرگون صبح دستارین

Maqta — the closing couplet bearing the poet’s pen name. Məgər ol aftab ilə şəfəq gün mey içər Saib?Ki sərxoş tək çəkir üzrə hər gün sübh dəstarın

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets