Ağacların arasında ulu, sağlam bir kötük,Ağır, kəskin baltalarla qol-qanadı qırılmış,Tufanlarla çarpışaraq qalib gəlmiş, yorulmuş,Zədələnmiş və ixtiyar şaxları qalmış tək-tük.

O şaxların damarında, kökündəki əsalət,Şanlı keçmiş tarixini anladır; hər qol-budaqSevə-sevə kölgəsində bəsləmişdir bir oymaq,İndi artıq qocalmışdır, qalmamış köhnə qüvvət.

Yaşlı kötük keçmişiylə əsla deyildir məğrur.Kötüyündən cücərməkdə olan bir çox fidanaMəğrur baxışlarla baxır, qanad gərir hər yana,Ürəyində gələcəyə şanlı ümidlər doğur.Bu fidanlar uca, sağlam ağac olar bir zaman,Kölgəsində çox fidanlar boy atar cərgə-cərgə.Fırtınadan, tufanlardan sən bunları əsirgə,Ey qüdrətin canlı əli, sən ey tarix, ey zaman!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets