Page 2 of 2 · 50%

Qoca
Xoşdur bizə hər əmriniz.

Vəzir
Bəxtiyar, çal, oynayın siz!

Əyyar qaça-qaça gəlir.

Əyyar
Mən də, mən də... bir az dayan!

Qoca
Dayanmışıq, borcu danan!

Rəqs başlayır, qadınlar, kişilər və Əyyar oynayır. Oyun bitdikdən sonra.

Bəhram
Xalq oyunu bu gün, Fitnə,
Çox bir təhər gəlir mənə.

Fitnə
Gözəl olur elin rəqsi,
Aşıqların xoş məclisi.

Qızlar, oğlanlar, qoca ilə gizli-gizli danışırlar.

Qoca
Sizdən, ey şanlı hökmdar,
Gənclərin bir xahişi var:
Fitnənin şən nəğməsini,
Gözəl və şaqraq səsini
Derlər eşitmədik çoxdan.

Vəzir
Yox, verilməz buna meydan!
Sarayın öz qanunu var,
Onu bu, hörmətdən salar.

Bəhram
Qoca, bu istək baş tutmaz!

Fitnə
Ey padşah, dayan bir az.
Bu, elin öz istəyidir,
El, dövlətin ürəyidir.
O qəlbi sındırmaq olmaz!
İzn ver, oxuyum bir az.

Bəhram

(narazı)
Yaxşı, oxu.

Fitnə
Çal, Bəxtiyar!

Qoca
Sağ ol, yaşa ey hökmdar!

Bəxtiyar çalır, Fitnə oxuyur.

Fitnə
Derdim ki, bahar olsun, Dağlar, dərələr dolsun
Al, incə çiçəklərlə
Derdim ki, günəş doğsun, Zülmətləri qoy boğsun
Nur saçsın ətəklərə.

Kəndliqadın
Yaşa, bülbül səsli mələk!

Qoca
Yaşa, yaşa, canlı çiçək!

Fitnə
Alqış sənə, ey zəhmət! Dünyaya saçan nemət
Sənsən bu əməklərlə!
Gündən günə ol qadir,
Çarpışmağa sən hazır
Yerlərlə, əməklərlə!

Vəzir
Bu səs başqa bir aləmdir.

Bəhram
Ruhə gözəl bir həmdəmdir.

Qoca
Gözəldir, el nəğməsidir,
Bu səs xalqın gur səsidir.

Gənclər
Yaşasın Fitnə, Bəxtiyar!

Hamı
Sağ ol, yaşa ey hökmdar!

Qoca
Tanrı ömür versin sizə,
Çox görməsin ölkəmizə!
Baş əyib gedirlər.

Bəhram
Fitnə, başqa şeydir dövlət.
Qürur sevər bu rəyasət.
Salma onu ayaqlara!

Fitnə
Mənim qəlbim deyil qara.
Şahim, balıq başdan qorxur, Qamış kökdən.

Bəhram
Bu doğrudur!
Kimdir qamış? Kimdir balıq?!

Fitnə
Şahim, özün düşün artıq:
Baş ilə kök sağlam gərək,
Yoxsa puça gedər əmək!

Vəzir
Belə fitnə-fitnə sözlər
Şaha verir qüssə, kədər.
Şah səninçin deyil uşaq.
Bu öyrətmək, bu oynatmaq Nədir belə, ey xanəndə?
Ağıl, şüur yoxdur səndə!
Üz verdikcə artır qürur.

Bəxtiyar
Dayan, dayan, ata, bir dur! Yaman şeydir yalan, böhtan, Fitnə deyil şah oynadan.
Bir kitabdır hər bir sözü,
Ürək alır qumral gözü.

Bəhram
Həddinə bax yaramazın!
Qarşımda heç çəkinmədən Bildirir öz etirazın.
Elan edir məhəbbətin
Rədd ol burdan, azğın, səfil! Saray sənə layiq deyil!

Bəxtiyar
Şövkətli, şanlı padişah!
Bağışla, etdimsə günah.
Ayırma Fitnədən məni!

Bəhram
Rədd ol, məhv edərəm.

(Vəzirə)
Saray olmuş bir oyuncaq;
Meydan açır oğul-uşaq.
Böyük, kiçik qanmayırlar, Taxtı, tacı sanmayırlar.

Bəxtiyar
Şahim, oxuyurkən Fitnə,
Başqa aləm açır mənə.
Bu mizrabım, böyük Bəhram, Gözəl səsdən alır ilham.

Bəhram
Elə isə dayan, dayan!
Gəl ilham al qılıncımdan!

Şah qılıncını çəkib ona hücum edir, Fitnə oxuyur.

Fitnə
Hanı elə bir şah, hanı?
Yer üzündən silsin qanı.
Zülmü kökündən qaldırıb,
Gülşən etsin bu dünyanı.
Aşiqlərin dillərində
Gəzsin onun hər dastanı.

Fitnə birinci beyti oxuyurkən, Bəhram donur, qolları yanlarına düşərək, əlində qılınc
onu dinləyir. Vəzir əli ilə Bəxtiyara getməyə işarə edir. Bəxtiyar gedir. Fitnə oxuyub
qurtardıqdan sonra Bəhram yavaş-yavaş gəlir, qılıncı qınına taxır. Taxtında oturur.
Qaşlarını çataraq, dərin-dərin düşünür.

Vəzir
Tez qurulsun kef məclisi!
Bir az əyləndirsin bizi.

Şərab paylanır, rəqqasələr oynayır. Xidmətçi qədəhə şərab tökərkən
Bəhram əli ilə rədd edir. Rəqqasələri qovur.

Vəzir
Şahim, bu qəm, qüssə nədir? Taxt, rəyasət şənlik sevir.

Bəhram
Şənliyin vaxtı var, vəzir!
Başımda min xəyal gəzir.
Səndən ki, görmədim kömək, Özüm həll eləyəm gərək.

Fitnə
Rəyasət siyasət var.
Dövlət başçısı – hökmdar Məsuldur tutduğu işə.
Yalnız kefi etsə peşə,
Ölkəsindən tutmaz xəbər. Yağsız çıraq çox tez sönər.

Şah Fitnənin sözlərini acıqlı-acıqlı dinləyir, sözün təsiri altında qaş-qabağı açılır və
dərin fikrə gedərək, qızın son sözünü təkrar edir.

Bəhram
Yağsız çıraq çox tez sönər. Bu ağıllı sözləri mən,
Vəzir, eşitmədim səndən.

Vəzir

(kənara)
Bax, bu qızın təsirdir,
Hər nə desə, əməl edir.

Bəhram
Hər bir işdə gənəşərkən – Qızıl kimi hər sözü mən Tərəzidə çəkə-çəkə
Tez vururam bu məhəgə.

(Əli ilə başını göstərir)

Aydın olur yanlış, doğru.

Fitnə
Çox gözəl bir vərdişdir bu. Yaxşı işə vərdiş edən
Ziyan çəkməz!

Bəhram

Ey Fitnə, sən Ağıl, kamal mədənisən.
Həm ağlına, həm səsinə, Könül açan nəfəsinə
Vurğunam, neyləyim! Ancaq, Hərdən vurursan baş-ayaq.

(Kənara)

Bir gün ayrılsam bu qızdan, Mənə dünya olar zindan.

(Aşkara)

Məclis qurun, şənlik edək!
Fitnə oxusun bir görək!

Fitnə
Bəs Bəxtiyar?

Vəzir

Bəhram şaha
Ağ olursan!

Bəhram
O bir daha
Görməz sarayın üzünü!

Vəzir
Şahim mənim, aç gözünü!
Bax, bu qıza heç bir zaman Üz verməzdi mərhum atan.

Bəhram
Bu qız saray bülbülüdür,
Bağçamın ən şux gülüdür.
Azadlıq vermişəm ona.

Vəzir
O da gərək bunu qana.

Bəhram
Qanar, etibarlı qızdır.

Vəzir.
Fitnəlikdə o yalqızdır.

Bəhram
Oxu, oxu, durma, Fitnə!
Mənə bir şəklini ver yenə!

Fitnə

(oxuyur)
Mən bir qızam eldən ayrı, Bir bülbüləm güldən ayrı: Necə yaşar bu çöllərdə
Bildirçin sünbüldən ayrı?
Gözəl olur uca dağlar,
Ətəyində sellər çağlar,
Qaz, ördək hey gülər, ağlar Boran basmış göldən ayrı.

Bəhram
Vurğunam bu gözəl səsə,
Könül açan xoş nəfəsə,

Fitnə

(davam edir)
Sürü enib yamaclardan,
Saraldı bağ, çəmən, orman... Vaz atarmı cüyür, ceyran
Göy çəmənli çöldən ayrı?

Bəhram

(cibindən yeddi gövhər çıxarıb Fitnəyə verir).

Qaçdı kədər, güldü könül. Gül başına səpilsin gül.

Hər tərəfdən Fitnənin başına güllər səpilir.

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Özü bilsin, mənə nə!

İlk dəfə gördüyüm zaman vücudu kimi quru və soyuq təbiətini də bəyənməmişdim. Onu mənə kənd dükançıları tanıtmışdılar:– Yetmiş yaşı var, adı “Cırtdandır”. Cırtdan deməsən tanımazlar – demişdilər.

20 min
Solmaz və sönməz

Cəfər Cabbarlıya*Fəza kimi sonsuz, quru və susuz çöllərdə yetişmiş cansız bir fidan idin, nə günəşin hərarətindən qoruyan sərin bir kölgəliyin, nə də soyuq ruzgar və acı qasırğalardan sığınacaq bir koman vardı. Başın üzərində çaxan alovlu şimşəklərin, ayaqların altında sönən fırtınaların ağır qırmancları altında əzilə-əzilə, çarpışa-çarpışa arxasız və köməksiz böyüdün. Həyatın ağır zərbələri o arıq və zəif vücudunu gəmirdikcə, sən öz sarsılmaz iradənə sarılaraq, dimağındakı atəş, ruhundakı qüvvət, qəlbindəki hərarətlə durmadan məqsədə doğru irəlilədin. Lakin mənzil uzaqda idi... Ey günəşli yolun gənc yolçusu, səfərin haraya?

19354 min
Hitlerin yuxusu

Faşistin qəlbindən daha qaranlıq bir gecə idi. Hitler istilaçılıq xülyası ilə məst olaraq artırmada oturmuş, özünün “Mənim mübarizəm” kitabını tamamlamaq üçün ərkani-hərb ilə birlikdə hazırlamış olduğu dünyaya hakim olmaq planını nəzərdən keçirirdi. Sovet hökumətinə hücum planını gözdən keçirərkən tək səbir gəldi. Bu tək səbir onun qəlbində acı şübhə doğurdu, qürurla yumruğunu masaya çırparaq: “Bu tək səbir nədir? Mənim səbir etməyə vaxtım yoxdur; faşizm bütün dünyaya hakim olmalı, bütün millətlər “nəcib” alman millətinə köləlik etməlidir! Dünya alt-üst olsa da bu fikrimdən dönməyəcəyəm” – dedi.Hitler, planı bir də gözdən keçirməyə başladı. Elə bu arada otaqdakılardan birisi yenə asqırdı. Hitler bu tək səbirdən acıqlandı, başını oynadaraq: “Ah, yenə tək səbir” dedi. Bu tək səbirlər onu əsəbiləşdirmişdi. Oturduğu yerdən qalxdı, bığlarını çeynəyə-çeynəyə artırmada gəzinməyə başladı. Onun buludlu gözləri qaranlıqda şimşək kimi parıldayırdı, ürəyi çırpınaraq dərin düşüncəyə dalmışdı. Düşünməkdən yorulmuş başını əlləri içinə alaraq hiddətlə oturdu, zəngi basdı, xidmətçi qız gəldi, bir fincan su istədi, qız su gətirdi. Hitler əsəbi, titrək əli ilə suyu alıb içdi. Kin və qürurla parlayan gözlərini göylərə dikərək daldı, fikri plan, gözləri isə ulduzların seyri ilə məşğul ikən birdən gözü Marsa sataşdı. Onu bütün qüvvəti ilə özünə cəlb edən Mars cahangirin qəlbində dadlı bir xülya oyatdı. Əlini ona uzadaraq: “Ey Mars, dünya işlərini bitirdikdən sonra sənə də əl atmağa bir yol tapacam” – dedi. Bu fikir onun qəlbindəki kədərini büsbütün dağıtdı. Gülməyə yad olan simasını süni bir təbəssüm bürüdü: “Yavaş, sənə də kəmənd atmasam cahangir Hitler deyiləm”.

19423 min
Baş üstə

Tədris hissəsi müdiri Həsən müəllim öz kabinəsində oturub, dərs cədvəlini hazırlayırdı. Axşam qaranlığı çökmək üzrə idi. O gün səhərdən göy üzünü bürüməyə başlayan qara buludlar havanı bir qədər də tez qaraltmışdı. Həsən müəllimin zəif və gözlüklü gözləri işləməyə müsaidə etmədiyindən yazı masası üstündəki elektrik çırağından istifadə etmək istədi. İşlə ciddi məşğul olduğu halda qabağındakı lampanın düyməsini basdı, ancaq işıq yanmadı. Masa üstündəki çırağın lampası götürülmüşdü. Həsən müəllim əsəbiləşdi, tələsik zəngi basdı, gələn olmadı. Zəngi bir neçə dəfə basdıqdan sonra orta boylu, arıq vücudlu bir kişi qapını açıb içəri girdi. İtaətkar bir vəziyyət aldıqdan sonra qısa, sıx kirpikli kiçik gözlərini ona dikərək:– Nə buyurursunuz? – dedi.

19465 min

Poems by other poets