Köç
May olcağın el köçür yaylaqlara,Səs-küy düşür meşələrə, dağlara.Atlar kişnər, qoyun-quzu mələşir,Qara mallar bir-birilə səsləşir.Qız-gəlinlər düzənlikdə çapır at,“Hey” vurunca ata, açır qol-qanad.Yollar dağdır, ya meşə, ya düzənlik,Hər tərəfi basmış böyük bir şənlik.Bir çay kənarında düşürlər axşam,Səfalı bir yerdə olurlar aram.Od qalayıb qızlar suya gedirlər,Qocalar yığışıb söhbət edirlər.Rahət edir cavanlar malı, atı,Çoban tütək çalır, oxur bayatı.Bir tərəfdə sürü, naxır otlaşır,Bir tərəfdə çolma-çocuq oynaşır.Gecə olur, başlarını atırlar,Arabalar arxasında yatırlar.Məhtab gecə. Göydə ulduzlar axır,Seyrək buludlar arxasından baxır.Meşə, dağ-daş sükut içində inlər,Yalnız hürür orda-burda köpəklər.
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-koc-2
Use ← → keys to move, R for a random poem
More by this author
Ey mənim köhnə masam, köhnə dostum, mən yenə də sənə dirsəklənərək əlimdə qələm çalışıram. Bu dəfə qələmə aldığım mövzu sənsən, ancaq sən!..Qırx ildir ki, sən mənimlə baş-başa verib ədəbi yaradıcılığımda can qoyur, mənimlə bərabər əmək sərf edirsən.
İldırımBeş pərdəli dramİ Ş T İ R A K E D Ə N L Ə R**:
Birinci pərdəSəhnə. Azərbaycan kəndlərindən birini təsvir edir. Qabaq tərəfdə kəndə gedən*dar bir yol, sağ tərəfdə İldırımın kiçik bağı və dəyirmanı. Sol tərəfdə Ba laxanımın*
İkinci pərdəSəhnə Səfi bəyin evini təsvir edir. Küçə tərəfdən iki pəncərə və həyətə açılan bö-*yük qapı. Həyət tərəfdə otaqların artırması. Ülkər pəncərədən küçəyə baxır. İldırım*
Poems by other poets · Nature and spring
Xuda rəhm etdi, nazil oldu rəhmət:Yağış yağdı, işıqlandı ziraət.
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
MürəbbeAnın üçün uymaz qeyriyə könlüm,Bir əcəb molladır mənim sevdiyim,
Müxəmməs: İki aləmdə gözəl bəhsin qılan hala gərəkİki aləmdə gözəl bəhsin qılan hala gərək,Hər xərabat-muğanat içrə biparva gərək,