Çək, şumla yeri, durma daha, qaşqa kəlim, çək!İndi sənə yem, su verərəm, durma, kəlim, çək!

Bəslər, a kəlim, danələri yer qucağında,Qalxar yaşıl otlar, göyərər hər bucağında,Sonra sarı sünbüllər olar tarlada zahir,Hey dalğalanar, sanki qızıl rəngli dənizdir.Alqışlayıram zəhmətini, ey köməyim, çək!Məhsul ola bol, olmaya nabud əməyim, çək!

Bir gün biçinin vaxtı çatar, onda oraqlarQalxıb-enərək tarlada şimşək kimi parlar.Mən onda başaqlar arasında yataram şad,Rahət olaram zövqlə, qəm-qüssədən azad.Çək, şumla yeri, durma daha, qaşqa kəlim, çək!İndi sənə yem, su verərəm, durma, kəlim, çək!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring