Üçüncü pərdə
Təbii bir dağ üstündə vəhşi ağaclar, çalılar. Səhnənin nəhayətində uca qarlı dağlar,
qayalar, ətəklərində çalılar. Sağ tərəfdə, səhnənin ikinci kolissasında (səhnənin yan
pərdəsi yanında) iri palıd ağacı, ortasında yarğan, uçurum, sarp, yalçın qayalar, onla-
rın üzərində bir neçə dar cığır.
Zəhra. Məqsədimə çatdım. Dörd tərəfim çocuqluqda oynadığım yerlər. Ey qarlı uca dağların havası, qəlbi sərinlət! (Təbil çalınır) Bu təbil sərkərdələri palıd ağacı altına məsləhətə çağırır. Bu səs ədalət səsi kimi məni də çağırır.
Təbil çalınınca sərkərdələr, ləzgilər palıd ağacı altına toplanır və bir qismi cığırlarla
aşağı enir. Bir az uzaqda qayanın çuxurlarında ləzgilər toplanıb qonuşur. Sağdan,
ikinci kolissanın dalından Şamil bir bayraq və yanında iki sərkərdə ilə gəlir.
Ləzgilər. Salam!
Şamil. Salam, salam!.. Sərkərdələr toplanmışmı?
Isərkərdə. Amol ilə Aslandan başqa hamı hazır.
Zəhra (tərəfə). Yazıq atamı deyir. Mən onların üzünə necə baxa biləcəyəm?
Şamil. Sonuncu məclisdə bu gün gecə yarısı qalaya hücum etməyə qərar verildi. Bugünkü çağırışdan məqsəd hər kəsə öz vəzifəsini bildirməkdir. Biz dörd tərəfdən dağların, ağacların arasından yavaş-yavaş aşağı enəcəyik. Tüfəngləri keçələrə bürüyün ki, səsi olmasın. Açıqlığa çatdığımız zaman yumşaq otların arasına soxulub ilan kimi sürünərsiniz. Düşmən ovcunuzun içində olduğunu yəqin etdikdən sonra hücum edib, qurşunu dolu kimi yağdırarsınız və düşməni elə bir dəhşətə salarsınız ki, qaçıb gizlənməyə də yer tapmasın.
Isərkərdə. Elə olsun, biz hazırıq!
Hamısı. Gecə yarısı.
Zəhra (çıxaraq). Yox, o çox gecdir.
Isərkərdə. Bu qız kimdir?
II sərkərdə. Tanıyıram, Amolun qızı Zəhradır.
Hamısı. Zəhradır?
Isərkərdə. Demək, düşmənlərimizin dostu, məmləkətin xainidir.
Zəhra. Doğrudur, mən o xain Zəhrayam.
Hamı sı. Lənət olsun sənə, xain!
Zəhra (üzünü tutar). Səbr et, vətənimin bu həniz ilk salamıdır.
Isərkərdə. Bu dağlara qayıtmağa necə cürət etdin? Bilmirsənmi Qaqri dağlarının ətəklərindən ta Abşeron yarımadasının sahillərinə qədər sənin kirli və namussuz adın ağızlarda dolaşacaq? Qızlar mahnılarında, çobanlar tütəklərində oxuyacaq. Dağlar, qayalar sənə lənət yağdıracaq.
Zəhra. Ah, lənət olsun mənə... gecə yarısı çox gecdir. O zaman Aslanın həyatı sönmüş olacaq.
II sərkərdə. Məgər Aslan əsir düşmüş?
Isərkərdə. Bu xainə nicat vermək üçün getmişdi.
Zəhra. O mənə nicat vermək istəyirdi, özü düşmənə əsir düşdü. Günəş qürub edincəyə qədər hücum etməliyiz.
Amol (bir nəfər ləzgi onun əlindən tutub gətirir. Söhbətin axırında daxil olur). Bu nə səsdir?
Zəhra (onu görməyib). Vaxt keçir. Aslanı hər dəqiqədə ölüm gözləyir.
Amol. Qulaq asmayın ona!
Zəhra (sıçrayıb üzünü tutur). Vay, bu, atamın səsidir.
Isərkərdə. Öz atası ona inanmayır. Xain bir qıza inanmaq olmaz.
Amol. Onun fitnə sözlərinə inanmayın! O, xaindir.
Zəhra (diz çökərək). Sevgili atacığım, sənmisən? İzin ver o sevimli üzünə doyunca baxım.
Amol. Gözlərimin ildırımı çoxdan sönmüş. Sən mənə istehza gözilə istədiyin qədər baxa bilərsən.
Zəhra. Aman Allah, atam kor olmuş.
Amol. Sənin dostlarının qurşunları gözlərimin işığını almış. Bəlkə də sənin doldurub vermiş olduğun tüfəngin qurşunudur.
Zəhra. Ata, ata! Bu sözlərin neştər kimi qəlbimi parçalayır. (Diz çökərək atasının əlini tutar)
Amol. Bu sənin əlinmidir? Rədd ol, azğın övlad! Mən səni çoxdan unutdum.
Zəhra. Bu azad dağlarda məndən talesiz insan yoxdur. Həyatım rəngsiz kölgə, havada uçan buludlar kimi zəhərlənmiş, əfv et, atacığım!
Amol. Bağışlamaqmı? Əsla! Sənin kirli adını mən üzərimdə daşıya bilmərəm. Rədd ol!
Zəhra. Of! (Şamilə) Mərhəmətli Şamil əfəndimiz, əmr et hücuma!
Isərkərdə. Bu kurnaz göz yaşlarıyla bizi aldatmaqmı istəyir? Bu mütləq sənin sevgilinin qurduğu plandır. Tutun bu qızı!
Şamil. Zəhra!
Zəhra. Bəli!
Şamil. Mən səni anlayıram.
Zəhra. Anlayırsınız, öyləmi?
Şamil. Bilirəm, sən öz günahını bağışlatmaq istəyirsən. Sənə inanıram, Zəhra!
Zəhra. Təşəkkür edirəm, Şamil əfəndi.
Şamil. Bayraqları gətirin! (Ləzgilər bayraqları gətirirlər) Zəhra, bu pak və ləkəsiz bayrağı sənin əlinə tapşırıram.
Isərkərdə. O bizi fəlakətə aparır.
Şamil. Yox, bu qız doğru deyir. Aslan ora getmədən əvvəl mənimlə görüşmüşdü. Əhvalatı bilirəm. O, əsir olub qayıtmadı. Amma
Zəhra ona nicat vermək üçün gəlmiş. Aslanı qurtarmalıyıq! (Təbil səsi)
Zəhra (əlində bayraq, atasına yanaşır). Atacığım, bax! Şamil əfəndimiz bayrağı mənə tapşırmış. Aslanı qurtarmağa gedirik. Ver mənə qılıncını, keç mənim günahlarımdan. Ata qəlbilə mənə xeyirdua ver.
Amol. Bədbəxt övladım! Sən ölümün istiqbalına gedirsən (Qılıncı siyirir). Diz çök qarşımda. Gözlərini qapa! Ata-babalarımızın bu şərafətli qılıncı ilə səni yüksəldirəm. Bu qanlı müharibənin ruzigarı sənin ölüm xəbərini mənə gətirməlidir. Lənət və namussuzluq əbədi olaraq sənin başından uçmalıdır. (Qucaqlayıb öpər və qılıncı verər) Al, bu qılınc.
Zəhra (qılıncı öpər). Sağ ol, atacığım! Əlvida, sevgili vətən!
(Bir əlində bayraq, bir əlində qılınc olduğu halda qayanın başına çıxar)
Buradan dərəyə dağlardan axan gurultulu sel kimi enməliyiz. Arş irəli!..
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-qafqaz-ciceyi-ucuncu-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Bahar gəlir, dərələrÇiçəklənir, güllənir,
Sənət nəğməsiƏl işi məktəbində çalışan qızlara*Əl işi çox gözəl, incə sənətdir,
GözlərQıvırcıq saçının şux tellərindəÜlkər tək parlayıb axan, a gözlər!
Xırçın qızDeyirdi ki: – Məsud olmaq mənim böyük diləyim.Yaşamaqdan yalnız budur son qayəm, son istəyim.
Poems by other poets
جانم ز نهیب او بجانست ای جان
YeBiz yemirik iç-diş ağa, sən buyur,Övkə, qarın, bağırsaq ye, bağır ye.
Gulshan-i Raz, chapter 1به نام آن که جان را فکرت آموختچراغ دل به نور جان برافروخت
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.