Qış
Parça-parça düşərək quşbaşı, göydən yerə qar,Sarılır ağ mitilə boz dərə, çöllər, dağlar.Bürüyür ortalığı tül kimi bir incə duman,Qarı birdən sovurur göylərə müdhiş burağan.Toplayır bir yerə gah qarları bir dağ kimi,Gah qazır, gah qaşıyır damları dəbbağ kimi...Don tutur çayları, bağ, ormanı qəm-qüssə alır,Qarğalar qarıldaşır, sanki qışa layla çalır.Qocalır sanki təbiət, ağarır saç-saqqalı,Döşəmiş altına əngin, ağ ipək, zərli xalı.İnləyir qarların altında dərə, çöl, torpaq,Bağda, ormanda ağaclar görünür çıl-çılpaq.Dayanın qar-borana, fırtınaya, bir gün olar,Qış bitər, yaz yetişər, qəmli buludlar da uçar.
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-qis
Use ← → keys to move, R for a random poem
More by this author
Füsuli-ərbəədə mən fəda olum yayə,Mənim güzarımı saldı Qara Kəlisayə.
DursunKiçik və yoxsul daxmasının səkisi üzərində orta boylu, sağlam, yaşlı bir adam oturmuşdu. İri dəri papağını qaşlarının üstünə çəkərək düşünürdü. Ətrafı dərin cizgilərlə dolu kiçik, parlaq gözlərində, qarışıq boz bığları altındakı iri, qalın dodaqlarında, uzun ətli üzündə sevinc qığılcımları oynaşırdı; çünki bir az əvvəl bostandan ilk bəhrə olaraq iki araba qovun-qarpız dərib hazırlamışdı. Verdiyi vədəyə görə bu gün ortağı yaylaqdan gələcək, bu qovun-qarpızları şəhərə aparıb satdıqdan sonra o, yaylağa gedəcəkdi. Onu ən çox sevindirən yaylaq məsələsi idi. Orada Güllü ilə görüşəcək, dəli təbiətin şən qucağında onunla bərabər yaşayacaq idi. O birdən-birə başını qaldırdı. Alnının tərini arxalığının tərsi ilə silərək, məmnun olmadığını göstərən bir səslə öz-özünə söyləməyə başladı:– Of, istidən bişdik; bu yaramaz oğlu yaramaz da gəlib çıxmır ki... Gəlsəydi, mən də bir beş-on günlüyə yaylağa gedib, Güllümə qovuşardım, – dedi.
İki müztərib yaxud əzab və vicdanSevgili Rəmziyyəm!Həştərxana vüsulunuzda yazdığınız məktuba ancaq cavab yaza bildim. Əfv ediniz, həmşirəciyim, sizin müfariqətiniz bilsəniz məni ruhən nə qədər mütəəssir etmiş. Yeganə həmdərdim idin. İndi isə yalqızam. Bir tərəfdən sizin atəşi-müfariqətiniz, o biri tərəfdən daha bu günlərdə zühur edən bir hadisə, məni bir əzabi-əlim içində buraxmış.
VətənEy çeşmimin önündə mücəssəm, vətən, vətən!Qəlbim kimi ələmlərə həmdəm, vətən, vətən!
Poems by other poets
Yer var ki, yol düşüb, karvan işləməz,Dost dərməz güllərin, ay gözəl-gözəl.
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
EləməQadir Allah, budur səndən diləkim,Sən mərdi-namərdə möhtac eləmə,
Qəzəl: İkaş eşqi ol bazicə sanmasaydımİkaş eşqi ol bazicə sanmasaydım,Ta avarə-varə axır o odlara yanmasaydım