Page 1 of 2

Laçın bacısı Tərlan ilə həyət bağçasının yanında oturub səssizcə beşdaş oynayırdılar. Oyunu bu dəfə Laçın qazanmışdı. Tərlan əlini yerə qoyur, Laçın daşı havaya atıb Tərlanın əlini əli ilə vurduqdan sonra daşı tez havada tuturdu. Tərlan əlini çəkərək dedi:

– Ay insafsız, mən səni udanda belə bərk vururdum?

Artırmanın pəncərəsindən onlara tamaşa edən Ballı nənə özünü saxlaya bilməyib:

– Bacı ürəyi yumşaq olar: – deyə səsləndi.

Bir saatdan bəri Tərlanın yanında uzanıb, başını qolları üzərinə qoyub dincələn Alabula uşaqların səsini eşidincə ayağa qalxdı. O, oynamaq və əyləmək istəyirdi. Odur ki, Laçına qısılıb uzanmış Toplana yanaşaraq onun ətrafında atılıb-düşməyə, əli ilə toxunaraq onu oyuna çağırmağa başladı. Toplan başını qaldırmayıb acıqlı-acıqlı ona baxır və arabir mırıldanırdı. Alabula əl çəkməyib oynamaqda davam edirdi.

İtin inadkarlığına dözməyən Toplan birdən atılıb onu dişlədi. Alabula quyruğunu sallayıb vəngildəyə-vəngildəyə Laçına sarı qaçdı və ağzı ilə Toplanın dişlədiyi yeri yalamağa başladı. Laçın əlini Alabulanın başına çəkərək:

– Alabula, Alabula, ağlama, – deyə onu oxşadı. Alabula onun qarşısında atılıb-düşür, iki ayağı üzərinə qalxaraq, əlləri ilə onu qucaqlayır, yalayır və yalmanırdı. Tərlan Laçına acıqlı səslə:

– Ey, mənim itimə sataşma! – dedi.

Laçın Toplana baxa-baxa Alabulanı oxşamaqda davam edir, Toplan da altdan yuxarı ona baxaraq mırıldanırdı. Toplan birdən atılıb Alabulanı yenə dişlədi. Alabula quyruğunu sallayıb vəngildəyə-vəngildəyə qaçdı. Tərlan bu dəfə acıqlandı:

– Sən bu qara meymuna bax, adı da it, özü də itdir. Qapmaqdan başqa bir şey bacarmır.

– Bax, sənin itin mənim itimdən necə qorxur! – deyə Laçın özünə təskinlik verdi.

– Onun nəyindən qorxacaq, pişik boyundanmı? Alabula pəncəsini salsa, altında əzilər.

– Boyu balaca olduğuna nə baxırsan, sən onun hünərinə bax.

– Sən də bu qara meymununu bu qədər öymə.

– Bəs nə üçün ondan qaçır?

– Mənim itim balacadır. Toplan qocadır. Ona hörmət saxlayır. Sənin itin paxıldır. Nənəm, ya sən Alabulaya mehribanlıq edəndə az qalır Alabulanı dağıtsın.

– O da etibardan və sahibinə olan sədaqətdəndir. Toplan nənəm ilə mənim çox sevir.

– O paxıldır, özünü hamıdan çox sevir...

Toplan pişikdən böyük, zil qara, əsəbi və qoca bir it idi. Hürəndə səsi xırıldayırdı. Evdə Ballı nənədən və Laçından başqa kimsəni sevməz və itlərlə oyanmaqdan xoşlanmazdı. Nəşəsi yerində olduğu zaman Alabula onu həvəsləndirirkən arabir onunla bir az oynaşardı; başqa zamanlar onu dişləyib qovardı.

Alabula iki Toplan boyda ala-bula bir it idi. Ona görə də ona Alabula ad qoymuşdular...

Bacı-qardaş mübahisəsi davam etdirirdi. Elə bu zaman Laçıngilin qonşuları Zəfərin iti Çənbər həyətin o başında göründü. Alabula onu görüncə qaçıb qarşısında atılıb-düşməyə başladı. Laçın istehza ilə Tərlana:

– Sənin itin yaltaqdır, hamıya quyruq bulayır, – dedi.

– Yox, mənim itim mehribandır, hamıya məhəbbət bəsləyir.

Alabula Çənbərin qarşısını kəsərək min-bir oyun çıxarır və onunla oynamaq istəyirdi. Çənbər isə sakit durub acıqlı-acıqlı ona baxırdı. Alabula atılıb-düşməkdə davam edərkən, Çənbər acıqlanıb onu dişlədi, Alabula yenə quyruğunu sallayıb zingildəyə-zingildəyə qaçdı. Laçın istehza ilə:

– Sənin itin qorxaqdır, qorxaq, – deyə bərkdən güldü.

Çənbər irigövdəli, uzun tüklü, boz bir it idi. Qapıları həyət darvazasının yanında olduğundan, çox zaman darvaza ağzında uzanıb səssiz durar və arabir küçədən keçənlərə hürərdi. Hər gün bir-iki dəfə ağır addımlarla həyətin o başındakı bostana baş çəkmək adəti idi. Bostanda qonşu çəpərin yanında bir az gəzdikdən sonra evə qayıdardı.

Toplanın Çənbərdən xoşu gəlməzdi. Onu nə evlərinə yaxın gəlməyə, nə də həyətdən keçməyə qoyardı. Çənbər Alabulanı dişləyib yola saldıqdan sonra yenə ağır addımlarla, etinasız, bostana tərəf getmək istərkən Toplan birdən sıçrayıb onun qarşısını kəsdi və uzaqdan ona hürməyə başladı. Çənbər etinasız dayanıb durdu. Toplan hürməkdə davam etdi. Çənbər arxasını ona çevirib quyruğunun üstündə oturdu. Toplan onun qürurunu həzm edə bilməyi hürə-hürə ona yaxınlaşdı. Özü hiss etmədən o qədər yaxınlaşmışdı ki, o indi Çənbərin lap qulağı ucunda hürürdü. Çənbər birdən dönüb Toplanı ayaqları altına aldı. Toplan Çənbərin pəncəsi altında zingildəməyə başladı. Uşaqlar zorgüc Toplanı Çənbərin əlindən aldılar, Laçın daş ilə Çənbəri vururkən Zəfər gəldi:

– Ey, mənim itimi niyə vurursan? – deyə Laçına acıqlandı.

– O mənim itimi niyə dişləyir?

– Necə dişləməsin, yazığı öz həyətində gəzməyə qoymayır, belə də iş olar?

Ballı nənə onların səsini eşidib gəldi:

– Siz yenə it üstündə vuruşursunuz?

– Nənə, sizin bu Toplan mənim itimə göz verir, işıq vermir. Mən Toplanı vurmaqdan, Laçın mənim itimi daş ilə vurur.

– İt üstündə dalaşmayın, hamısı sizin itinizdir... Laçın qələt eləyir.

Tərlan söhbətə qarışdı:

– Onda gərək mən hər gün Toplanı da döyəm, Çənbəri də. Çünki onlar mənim itimi hər gün dişləyirlər.

Ballı nənə gülə-gülə:

– Sənin itin hamısından yaxşıdır, ona görə səsin çıxmayır... Dalaşmayın!

Ballı nənə gedincə Laçın əli ilə Toplanın başını oxşadı. Elə bu zaman Məstan pişik göründü. Alabula məstanı görüncə yanına qaçdı. Məstan özünü yığışdırıb durdu. Alabula yaxınlaşınca Məstan ondan əvvəl itin üstünə atıldı. Oyun başlandı. Onlar bir-birini yıxır, oynaşırdılar. Məstan birdən sıçrayıb qaçdı, Alabula da onun arxasınca qaçıb onu tutdu. Yenidən oynaşmağa, bir-birini yalandan dişləməyə, didməyə başladılar. Bu dəfə Alabula qaçdı, Məstan onu qovmalı oldu. Oyun yenidən başlandı. Tərlan sevinc dolu gözlərini bu mənzərədən çəkmirdi.

– Mənim itimə baxın, Məstan ilə görün necə oynaşır!

Laçın istehza ilə dedi:

– O da bir növ pişikdir, pişik-pişik ilə oynar.

– Mənim itim sahibinə bənzəyir, hamıya mehribandır...

– Mehriban deyil, yaltaqdır, qorxaqdır.

– Ha, qorxaqdır, həyətə yad adam, yad it gələndə hamıdan çox mənim itim hürür, itləri qovub həyətdən qaçırır.

– O da qorxaqlıqdandır...

Zəfər, bir az uzaqda quyruğu üstündə oturub onlara tamaşa edən Çənbərə baxdı. Sonra gözləri bağça yanında uzanmış Toplana sataşdı:

– Nə əcəb Toplanın səsi çıxmayır, – dedi.

Zəfər sözünü qurtarmamışdı ki, elə bil Toplana xəbər oldu, yerindən sıçrayıb Çənbərə tərəf qaçdı. Uzaqdan əsəbi və acıqlı səslə ona hürməyə başladı. Tərlan gülə-gülə:

– Zəfər, gözün dəydi. İndi yenə Çənbər Toplanı ağladıb yola salacaq, – dedi.

Laçın:

– Toplan, Toplan! – deyə onu çox çağırdı. Toplan gəlməyib daha da bərkdən hürməyə başladı.

Ballı nənə eyvandan səsləndi:

– Ay uşaqlar, o iti yenə niyə hürdürürsüz?

– Nənə can, Çənbərə hürür.

– Çənbər yenə sərhədi keçib, ona görə hürür.

– Yazıqdır, çox hürməyə qoymayın!..

– İstədiyi qədər hürsün, Çənbərin heç bir tükü də yerindən qımıldanmayır, – deyə Zəfər astadan dilləndi.

Çənbər adəti üzrə arxasını Toplana çevirib etinasız durur, Toplan da boğuq əsəbi səsi ilə şiddətlə hürməkdə davam edir, getdikcə səsindəki xırıltı artırdı. Birdən-birə Toplanın səsi boğuldu. Qızdırmalı kimi titrəyərək, səssiz yerə yıxıldı.

– Nənə, nənə, Toplan öldü, – deyə Laçın həyəcanla çığırdı. Uşaqlar bir anda itin ətrafını alıb onu huşa gətirməyə çalışdılar. Ballı nənə əlində bir kasa su gəldi. Suyu Toplanın ağzına tökdü və əli ilə yavaş-yavaş onu tərpətməyə başladı. Toplan ayılmayırdı. Laçın gözləri dolmuş halda Çənbərə acıqlı-acıqlı baxıb:

– Mənim Toplanım ölsə, sənin gününü qara gətirəcəyəm, – dedi. Sonra yerdən bir daş götürüb Çənbəri vurmaq istərkən Zəfər onu tutdu. Əlindən daşı alıb yerə atdı. Ballı nənə Laçına acıqlanıb:

– Ay oğul, – dedi, ataların sözüdür: “İtə hörmət edərlər, yiyəsinin xətrinə”. Zəfər sənin məktəb yoldaşın, yaxın dostun və yaxın qonşundur. Onun itini vurmaq özünü vurmaqdır. Bir də Çənbərdə nə təqsir, təqsir Toplandadır ki, ona hürür.

Bu zaman Toplan başını qaldırıb gözlərini açdı. Laçın sevincək bağırdı:

– İtim ayıldı... İtim ayıldı.

Laçın yerə çöməlib: “Toplanım, Toplanım!” – deyə onun başını oxşamağa başladı. Ballı nənə yerə oturub Toplanı qucağına aldı. Toplan zingildəyə-zingildəyə onun əllərini yalayırdı. Ballı Tərlana:

– Qızım, itin qabına süd tök, içinə çörək doğra, gətir yesin, – dedi.

Məstan oynamaqdan yorulmuşdu. Alabulanın əlindən qurtulub tez bir ağaca dırmandı. Alabula aşağıdan yuxarı baxaraq, ona hürə-hürə çox atılıb düşdü, Məstan aşağı enmədi. Alabula yığıncağa tərəf qaçdı. Tərlan əlində itin qabı gəldi. Ballı nənə qabı Toplanın qabağında yerə qoydu. Toplan ağzını qaba uzadar-uzatmaz Alabula başı ilə onu itələyib südlü çörəyi acgözlüklə yeməyə başladı. Tərlan ayağı ilə Alabulanı itələdi. Alabula yenə yeməyə soxuldu. Toplan bir an səssiz durub ona baxdı, sonra Ballı nənənin qucağına atılıb oturdu. Laçın əlini onun başına çəkərək:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Tülkü və dovşan

Tülkü tələsik qaçırdı. Bir dovşan onu görüb soruşdu:– Tülkü qardaş, nə var? Nə olub?

1 min
Hacıleylək və sərçə

Bir Hacıleylək çinar ağacının ən yuxarı budağında yuva tikmişdi. Bir sərçə də həmin yuvanın altında məskən salmışdı. Bir gün hacıleylək sərçəyə dedi:– Qonşu, sən mənim yuvamın kölgəsində yaşayırsan, mən olmasam günəş səni və balalarını yandırıb kül edər. Sərçə cavab verdi:

1 min
Tülkü və dəvə

Bir tülkü gedənlər hinə girib kəndin toyuq-xoruzunu yeyirdi. Kənd əhli bu tülkünün əlindən təngə gəlmişdi. Nə qədər çalışırdılar, onu tuta bilmirdilər.Bir gün həmin kəndin dəvələrindən biri otlaya-otlaya kənddən uzaqlaşır. Doyduqdan sonra dincəlmək üçün bir baş tülkünün yuvasının ağzında uzanır. Özü bilmədən elə uzanır ki, quyruğu yuvanın ağzına düşür. Tülkü dəvəni görüb çox şad olur, öz-özünə düşünür: “Bu ovu mənə baxtım gətirib, quyruğundan tutub bu dəvəni yuvama çəkərəm, sonra da düz bir ay ləzzət ilə yeyərəm”.

1 min
Dəvə, tülkü və qurd

Bir kəndli dəvəni o qədər işlətmişdi ki, bir dəri, bir sümük qalmışdı. Dəvənin işləməyə artıq taqəti yox idi. Ona görə də kəndli dəvəni səhrada buraxıb getdi. Dəvədə nə tərpənməyə, nə də yeməyə hal var idi. Dəvəni bu vəziyyətdə görən tülkü ona yaxınlaşdı:– Dəvə baba, bu səhrada tək başına nə edirsən? Nə üçün bu qədər zəifləmisən?

2 min

Poems by other poets