Xasayın Rəcəblə bərabər hara və nə üçün getdiyini bilmədiyindən Badam çox rahatsız idi. Oğlunun yolunu çox gözlədi, gəlib çıxmadı. Onun səhərə qədər gözlərinə yuxu girmədi. Rəcəb qaçaq olduğu gündən evə qarşı çox soyuq idi. Evin bütün zəhməti onun üzərinə düşmüşdü. Bir tərəfdən Rəcəbin qapıçılıq vəzifəsini görür, küçəni, həyəti süpürüb təmizləyir, bir tərəfdən qonşulara su daşıyır, boş vaxtlarında da qapıda qutusunu qarşısına qoyub alverini edirdi. İşə alışmamış olan Badam bu ağırlıqların altında yorulub əzilirdi. O, səhərə qədər öz vəziyyətini və Xasayı düşündü.

Badam səhər yerindən xəstə kimi qalxdı. Həyətə çıxdığı zaman onu Xasayla Kamil müəllim və bir də tanımadığı bir kişi qarşıladı. Badam Xasayı görüncə:

– A üzü qara, sən harda idin? Bu gecə səhərə kimi gözlərimə yuxu getməyib – deyə soruşdu.

Xasay gülə-gülə:

– Oğruların ovuna çıxmışdım – deyə cavab verdi.

– Necə yəni oğruların ovuna? Rəcəb necə oldu?

– O getdi... bir də onu görməzsən!..

Badam iki əli ilə dizlərinə vurub:

– Vay, yoxsa başını batırdınız? Mən başıma gələni bilirdim – deyə ağlamağa başladı.

Kamil müəllim əlini onun çiyninə qoyub dedi:

– Badam bacı, sənin ərə getdiyin o kişi bilirdinmi kimdir?

Badam bu sorğudan pozuldu:

– Necə kimdir? Sənin kimi bir adamdır.

– Yox, mənim kimi adam deyil, sürgündən qaçmış, kəndin məşhur qolçomağıdır; əsil adı Mahmuddur. Bu gecə oğurluq edərkən tutulmuşdur.

Badam gözləri ilə yeyəcək kimi Kamil müəllimin üzünə baxdı. Birdən iki əli ilə başına vurub:

– Vay başıma kül, evin yıxılsın evimi yıxan, mən bilirdim sən o kişini dolaşdırıb işə salacaqsan, – deyə hönkür-hönkür ağlamağa başladı. Xasay irəli gəlib anasını sakit etməyə çalışdı:

– Onu mən dolaşdırdım, mən!

– Doğru deyir, Badam bacı, sağ olsun Xasay, o olmasa idi, bu gecə evimə girib uşaqlarımı öldürəcək, var-yoxumu isə talan edəcəkdilər.

– Mənim əlimlə o müəllimdən intiqam almaq istəyirdi. Amma mən ondan qoçaq çıxdım.

Badam ağlamaqda davam edirdi. Kamil müəllim bir az yumşaldığını görüb Badamı dilə tutmağa çalışdı:

– Ağlama, Badam bacı, sevin, elə bir adamın əlindən salamat qurtarmağınız böyük şeydir. De görüm, Xasayın atasını kim öldürdü? Bilirsənmi?

Badam yaşlı gözləri ilə heyrətlə Kamil müəllimə baxdı. Yenə başını aşağı dikib cavab vermədi.

Xasay acıqlı bir səslə:

– Atamın da intiqamını aldım, – dedi.

Kamil Badamın əlindən tutub yanındakı kişi ilə bərabər həyətdə böyük ağac altındakı skamyaya oturdular. Kamil sözə başlayıb dedi:

– Badam bacı, o kişinin tutulması sizin üçün böyük xoşbəxtlikdir. O, nə səni, nə də uşaqlarını ağ günə çıxara bilməzdi. Sənə gözəl bir iş tapmışam, boynundan asdığın bu kiçik qutu Xasayı, Zinyəti yaşada bilməz. Səni çit fabrikinə verəcəyəm. Bax, yoldaş Mustafa fabrikin müdiridir. Ona zəhmət verib bura gətirmişəm.

Mustafa Kamilin sözünə qüvvət verdi:

– Bəyəndiyin qulluğu verəcəyəm. Gözüm də həmişə üstündə olacaq, arxayın ol.

– İçində gözəl bufeti, aşxanası, radiosu, qısası, hər səliqəsi var. Yemək vaxtlarında sənə Qurban çalacaq, Cabbar dayı oxuyacaq, daha nə istəyirsən?

Badam başını qaldırıb cavab vermək istərkən Mustafa yoldaş təzədən sözə başladı.

– İş çətin deyil, hər halda üçüncü qatlara su daşımaqdan, küçə, həyət süpürməkdən, qutuda tum və papiros satmaqdan həm yaxşıdır, həm də qolaydır.

Badam yenə danışmaq istədi. Mustafa ona bu dəfə də imkan verməyib dedi:

– Özünə də fəhlə pasyolkasında iki gözəl otaq verəcəyəm. Daha nə deyirsən?

– Badam bacı, daha nə istəyirsən? Kişi sənə qulluq verir, mənzil verir. Bu nədir, dilənçi torbası, ayıb deyilmi? Sənin Xasay kimi oğlun, Zinyət kimi qızın var!

Badam hər tərəfdən üzərinə yağış kimi yağan bu sözlərin qarşısında donub qaldı. Danışmağa artıq bir söz tapmadı. Başını yavaşca tərpədib:

– Nə deyirəm, get deyirsiniz gedərəm – dedi.

Kamilin gözləri sevincindən parladı, məmnun baxışlarla Mustafaya baxdı. Sonra Badamın əllərini əlləri içinə alıb dedi:

– Sağ ol, Badam bacı, sən Xasayı diriltdin. Qalx, hazırlan, Mustafa yoldaşla bərabər fabrikə get.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dördüncü fəsil

Bakı stansiyasına çatdığı və şəhərin mənzərəsini uzaqdan gördüyü zaman onda başqa bir hal doğdu: – “Qoca Bakı, yenə qovuşdum sənə!” – deyə pıçıldadı. Moskvadan çıxdığını teleqramla xəbər vermiş olduğundan yaxın dost-aşna onu qarşılamağa gəlmişdi. Görüşdülər, matəm münasibəti ilə ona təsəlli və başsağlığı verdilər. Sonra oradan birlikdə evə gəldilər.Atası Ağamürsəlin həftəsi idi. Bir neçə gün təziyədarlıq və dostaşnanı qəbulla məşğul oldu. Sonra atasının qoyub getdiyi əmlak və sərvətin hesabına oturdu. Ağamürsəl son günlər ağır borca düşdüyündən mülklərinin bir çoxunu satmışdı. Həyatının son dəqiqələrində klubda qumar oynarkən yüz min manat uduzmuş, bir buruğunu da bir mədənçinin yanında girov qoymağa məcbur olmuşdu. Klubda oyun stolu üzərində bir əli ilə qədəhi dodaqlarına götürdüyü, o biri əli ilə də kartı açmaq istərkən ürək partlamasından vəfat etmişdi. Atasının bu qədər israfçı və belə faciəli ölümü Əşrəfi çox düşündürdü. O, əvvəlcə əyyaşlıq və səfaləti ataraq işə ciddi yapışmaq və atasının puç etdiyi sərvəti yenidən qazanmaq, buruğu girovdan çıxartmaq istədi. Ancaq Moskva həyatı bütün qüvvəti ilə onu özünə doğru çəkməyə başladı, o bütün əşya və əmlakını satıb Moskvada yaşamağa qərar verdi, çünki Bakı onu sıxırdı. Başqa sərvətdarların oğulları ilə rəqabət etmək iqtidarı qalmamışdı. Bu səbəbə görə Bakıdan tamamilə uzaqlaşmaq istəyirdi. Lakin o günlərdə Gülcahan xala ilə görüşməsi onu Moskva səfərindən daşınmağa məcbur etdi.

19097 min
Beşinci fəsil

Əhməd dörd il Moskvada çalışdı, çapaladı, hər çətinlik və zəhmətə qatlanaraq, geoloji fakültəni bitirdi. O, artıq Moskvanın küçələrinə sığmırdı. Nə demək, bu onun üçün az şey deyildi. Bilik səhnəsindən həyat cəbhəsinə atılmış, maddi və mənəvi ehtiyacını təmin edəcək ixtisas sahibi olmuşdu. O gün Moskvanın ən gözəl gəzinti yerlərini saatlarla dolaşdı. Ən böyük küçələrdəki iri mağazaların sərgisini dərin bir nəşə və maraq içində nəzərdən keçirdi. Ancaq onun gənc köksünü və daşqın qəlbini axın-axın doldurmaqda olan sevinclərində iştirak edəcək bir kimsə tapmadı. Artıq o gözəl bağçalar, gəzintilər, o geniş küçələr onu sıxmağa başladı. O hamıdan artıq Məhərrəm əmini xatırladı. Əllərini köksü üzərində çarpazlayaraq:– Ah, o indi yanımda olmalı idi! – dedi, – Həm diplomumu göstərərək sevincimi onunla bölüşər, həm də gələcəkdə görəcəyim işlər haqqında ona geniş məlumat verərdim.

190923 min
Altıncı fəsil

Zəki üç gün idi dalğın və əsəbi görünürdü. Axşamlar evdən çıxır, gecə evə çox gec dönürdü. Zəki evlənəndən sonra xalası oğlu Musa öz evlərinə köçdüyündən Nəzakət evdə tək qalırdı. Əhməd isə gecələməyə evə gələndə Nəzakəti tək görür, özünü bir qədər yaxşı hiss etmirdi. “Hər halda müsəlmançılıqdır, – deyirdi,– hərənin ürəyinə bir şey gələ bilər”. Ancaq Nəzakət özünü heç o yerə qoymur, Əhmədi səmimiyyətlə qarşılayır, xörəyini verir, şüşəbənddə oturub mütaliəsinə davam edirdi. O, Zəkinin ciddi işlərlə məşğul olduğunu duyduğundan ona mane olmur, əksinə şərait yaradırdı. Zəkinin gecələr evə gec qayıtması Əhmədi çox əsəbiləşdirirdi. Xüsusən Nəzakətə lap yazığı gəlirdi. Bir axşam Zəki iki nəfərlə gəldi. Oturdular, yavaşdan danışdılar, yedilər, içdilər yenə qalxıb getdilər. Əhməd bundan bir şey anlamadı. Ancaq Zəkinin ona qarşı olan soyuq hərəkətindən çox sıxıldı. Nə gələrkən, nə də gedərkən Əhmədə əsla əhəmiyyət vermədi, hətta yeyibiçərkən onu dəvət də etmədi. O artıq Zəkiyə bir yük olduğunu düşünür və buna çarə axtarırdı. Həmin gecə Zəki çox erkən qayıtdı. Həmişəki kimi nəşəli görünürdü. Otağa girən kimi Əhmədə yaxınlaşdı, əli ilə onun çiyninə vuraraq soruşdu.– Hə, dostum, necəsən, sıxılmırsan ki?

190910 min
Yeddinci fəsil

Əşrəf Sonanı dəlicəsinə sevdiyi kimi, Sona da ona ürəkdən vurulmuşdu. Evə gəldiyi zaman Əşrəfi min bir dillə dindirir, sağına, soluna keçir, onu dadlı sözlərlə əyləndirir, iri qara gözlərinin ən səmimi baxışlarını, yaqut dodaqlarının ən şirin gülüşlərini yalnız ona bağışlayırdı. Əşrəf də arabir Sonanın o gözəl kiçik başını qucaqlayıb, iki əli ilə onu köksünə sıxaraq:– Ah, qəlbimin sevinci, ruhumun işığı. Səni kiçiklikdən sevdim. Sənin üçün yaşadım, sən mənim yeganə gözəlimsən, – deyirdi.

190924 min

Poems by other poets