Ay üzə-üzə
Hicran xəstəsiyəm alagöz pərim,Yetiş imdadıma, ay üzə-üzə.İntizarda qoyma, tükənər səbrim,Həsrətin könlümü ay üzə-üzə.
Əzəl gündən səni gördüm, yar dedim,Ya mürvət et, ya bağrımı yar, dedim.Sənə həmdəm dedim, sənə yar dedim,Demədim sözümü ay üzə-üzə.
Məmmədhüseyn çətin eşqin daldalar,Məhəbbət gölünə desən dal, dalar.Dil ver oylağımız olsun daldalar,Gəzim cüt narını ay üzə-üzə.
Kitabxana.az · https://kitabxana.az/en/works/sair-memmedhuseyn-ay-uze-uze
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Dərdbilməzlər qınar məni, heç deməzDərd ilən doludur döşüm, ağlaram.
Qadasın aldığımYar adına mən dolanım, qız qadasın aldığım,Açılanda fəsli-bahar, yaz qadasın aldığım,
Gəraylı: Aşiqlik peşəsin qıldımAşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
Demişdim bir kəz bəli ey yar səndən dönməzəmDemişdim bir kəz bəli ey yar səndən dönməzəm,Gəl Zəkərya tək sərimdən yar səndən dönməzəm.