Dedim gir qəlbimə, düz ilqar ara,Demədim əl çirki, var istə məndən.Utanma, yolunda gərəksə canım,Belə xoş səxavət var, istə məndən.

Göründün gözümə təravətli sən,Dedim eşqində də təravətlisən.Saf bir eşqə bağlı təravəti sən,Könlümün evinə var, istə məndən.

Məmmədhüseyni yanar oda qaladın,Peyman etsən var, ömrümdə qaladın.Ummasın bu qədər qilü-qal adın,Çirgiməsin qəlbin var üstə məndən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love