Səlli əla, ya Məhəmməd,Bir ismi yasindimi.Şəninə gələn əbcət,Sureyi yasindimi.Bədəni-vücudu səxavət,Zikr olunar dildə Səməd.Bir ustaddan dərs almışam,Əlifdi yasindimi.

Səfayətin kəsmə məndən,Ya Rəsul sağ əlinin.Mən sənin aşiqinəm,Gələndə bədri himin.Kafu-lam kəlmə içində,Oxunar şahu səfin.Mən sənin ismi şərifin,Loheyi yasindimi.

Məmmədhüseyn Əndəlifdə,Gülşəndə fəğan edər.Zərrəcə görsə camalın,Can sənə qurban edər.Ruzeyi-məhşər günü,Şaffeyi üsyan edər.Əməlinə sal bir nəzər,Şəfası yasindimi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets