“Cabir postu”nda səksəkə içində gözləyirdim. Mənə elə gəlirdi, kəşfiyyatçılar açığa çıxıblar. Ancaq qəlbimin dərinliyində Orucova inanırdım. İndiyəcən uğursuz əməliyyatı olmamışdı. Onun kitabına məğlubiyyət sözü yazılmamışdı. Gündüz geri qayıtmaq barədə özünün qərar verməsini də buna görə məsləhət gördüm. Əslində, mən əməliyyatın rəhbəri kimi onlara gizlənmək əmri verməliydim. Gündüz hərəkət eləmək olmazdı. İllah da hərbi hissənin yaxınlığında. Lakin Orucov qayıtmaq istəyirdisə, demək, nəsə bilirdi.

Üçüncü rabitə əlaqəsinə girəndə ürəyim toxtadı: “Qarpız bostanındayıq, gəlirik”. Demək, Qonurdağı aşmışdılar. Böyük təhlükə adlamışdı. Bir var hərbi hissənin mühasirəsinə düşsünlər, bir var Murovdakı postların. Məsafə yaxın, düşmən sayca az olduğu üçün postlarla baş eləmək daha asan idi. Hücuma keçib mühasirəni yarmaq olardı.

Kəşfiyyatçıları Ağ çınqılın dik yoxuşu gözləyirdi. Bundan sonra “Cabir postu” ilə Qamış yüksəkliyinin arasındakı dərəyə çıxacaqdılar. Gecə dəhşətli yağış başladı. Qamış yüksəkliyinin o üzünə daha çox yağır, tez-tez şimşək çaxırdı. Gözümü uşaqlar olan səmtdəki qaranlıq səmadan çəkə bilmir, ürəyimdə dua edirdim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dördüncü hissə, 15. Polkovnik Nəbiyev

Kəşfiyyatçılarımızın çəkib gətirdiyi videomaterialın doğurduğu reaksiyanı görəndə Böyük Mərzə əməliyyatı vaxtı Kapitan Rəşidova dediyim sözləri xatırlatdım. Dedim, mən deyəndə ki, Orucovun qarşısını heç kim ala bilməyəcək, inanmırdın! Bu da sübut! Gec oldu-güc oldu! Rəşidov başını buladı:“Cənab polkovnik, adam dörd il kiçik leytenant rütbəsində taqım komandiri işlədi. Bu qədər də olmazdı axı!”

20181 min
Dördüncü hissə, 16. Komandir

Desəm, güləcəksiniz, məni evləndirmək istəyirdilər. Bibim qonşuluğunda bir qız gözaltı eləmişdi. İş o qədər ciddiləşdi ki, qızı görmək üçün Sumqayıta gedəsi oldum. Deyəsən, bir az da öz içimdə maraq vardı. Bakı Dövlət Universitetini bitirmişdi. Texnikumda dərs keçirdi. Qıza görə Sumqayıta tez-tez gələcəkdim. Atam gəlişimə həm sevinir, həm də dodaqaltı qımışırdı. Onlar məni evə bağlamağın ən yaxşı yolunu tapmışdılar.

20181 min
Dördüncü hissə, 17. Sevinc

Bəzənib-düzənib işə gedirdim. Bloka çıxanda ikinci mərtəbədə yaşayan Səltənət xala məni evinə çağırdı. Oğlu tələbəm idi. Bir az zəif oxuduğu üçün mənimlə tez-tez görüşür, oğlu barədə suallar verir, daha yaxşı hazırlaşması üçün dəftər-kitab alırdı. Çoxdan tanıyırdım onu. Hələ tələbəlik illərindən dostlaşmışdıq. Ancaq evlərində olmamışdım.Qapıları yarıaçıq idi. Bir az aralayıb səslənmək istəyirdim ki, içəri otaqda qalın, yun papaq qoymuş gənc hərbçi gördüm. O, stol arxasında giriş qapısına tərəf oturmuşdu. Öz-özümə dedim, bu kimdir? Nə gündədir? Niyə isti otaqda papağını çıxarmır?

20181 min
Dördüncü hissə, 18. Komandir

Hərbi hissəyə tələsirdim, Səltənət bibim daş atıb başını tutdu ki, bir az ayaq saxla, qızı sənə göstərəcəm. Oturub gözlədim. Qapının arasından qarayanız bir qız boylandı. Onu görən kimi anamı xatırladım. Gözlərində ağ işıq vardı. Tərəddüd etmədən razılığımı bildirdim. Bibim inanmadı. Sevindiyindən əli çalır, ayağı oynayırdı. Tez atamgili, o biri bibimi, qohumları muştuluqladı. Atamın gözləri yaşardı, Zabil sevindiyindən qışqırdı, bizdə qalan bibimisə ağlamaq tutdu.

20181 min

Poems by other poets