Dördüncü hissə, 6. Komandir
Kamera məndə, snayper Qırğıda, durbin Ləzgidə... Biz Kəlbəcər tərəfki dağın yaxasından düşmən postları yerləşən Ömər aşırımına baxırdıq. Aramızdan axan Lev çayının səsi Xaçını xatırladırdı. Görəsən, Xaçınla hardasa qovuşurdular? Suları bir-birinə qarışırdı?
Dağlara qəribə mənzərə açılmışdı. Kəlbəcər üzdən Murov fərqli görünürdü. Zirvələr daha hamar, yamaclar daha tumarlı. Hər yerə təzə yollar çəkmişdilər. Bu yolları tələsmədən kameraya aldım. İrəli çıxanda artıq Cəmilli qərargahı görünürdü. Hərbi hissə köhnə ferma yerində salınmışdı. Aramız üç yüz-dörd yüz metr olardı. Bir az qabağa gedib kameranı işə saldım. Əsgərlər səhər düzülüşünə çıxmışdılar. Kamera uzaqdan yaxşı götürmürdü deyə bir az da yaxınlaşmaq lazım gəlirdi. Uşaqlara dayanıb maskalanmaq işarəsi verib özüm, təxminən, 80-90 addım irəli çıxdım, çəkiliş üçün yaxşı mövqe seçib kameranı işə saldım. Üstündə işıq yanırdı. Diqqət çəkə bilərdi. Ancaq daha bundan keçmişdi.
Əsgərlər Gizir Səfərovun “marşını” oxuyurdular: “Yes heros zinvor...”
Çəkiliş bitən kimi bir möcüzəyə şahid oldum; Karta Sabirin xəritədə təsadüfən nöqtə qoyduğu yerdə anlaşılmaz ləkələr görünürdü. Bura Levin o üzündə, Ömər aşırımının arxasındakı yastana idi. Uşaqların yanına dönüb durbini aldım və dörd dənə top gördüm. Karta Sabirin səhvən qoyduğu hər nöqtənin yerində bir top! Gözlərimə inanmadım. Həyəcanımı paylaşmadan uşaqlara yerindən tərpənməmək işarəsi verdim və durbini götürüb Lev çayının sahilinə getdim.
Kitabxana.az · https://kitabxana.az/en/works/serif-agayar-komandir-dorduncu-hisse-6-komandir
Use ← → keys to move, R for a random poem
More by this author
Təlim əməliyyatının ideyasını gözlənilmədən tapdım. Demək, ailəmlə birlikdə Toğanada qalırdım və hər gün səhər tezdən bölüyə piyada qalxırdım. Maddi-texniki təchizat bölüyünün qarajı yolumun üstündəydi. Orda çoxlu it vardı. Hər səhər hürə-hürə mənə tərəf qaçır, rahat getməyimə imkan vermirdilər. Qarovulda duran əsgərlərin itlərə təpinməməsi mənə pis təsir edirdi. Biriki dəfə iradımı bildirsəm də, xeyri olmamışdı.Bir gün Orucovu çağırdım, dedim, gecə təlimi keçəcəyik, bu da koordinatlar. Burda qarovul var, burda itlər, qarovulçunu əsir almalı, itləri tutub gətirməlisiniz. Tapşırığı verdim və axşam evə gəldim. Səhər qalxanda gördüm, hər tərəf sakitlikdir. Maddi-texniki təchizat bölüyünün komandiri bizim bölüyün həyətində gileylənə-gileylənə vurnuxurdu:
Üçüncü hissə, 30. Komandirİnanmayacaqsınız, gecə təlimində Əsgər Rəfiyev ağlagəlməz qəhrəmanlıq göstərdi. Sən demə, itlərdən qorxmurmuş və onları ovsunlamağın yolunu bilirmiş. Beş-altı itin hamısını o tutdu. Qarovuldakı əsgərləri isə Qırğı ilə Səfərov götürdülər. Heç cınqırlarını çıxarmağa imkan vermədilər.Gecə təlimindən sonra Gizir Səfərovun Əsgər Rəfiyevlə amansız zarafatları yenidən alovlandı. O, məni yanlayıb fınxıra-fınxıra deyirdi:
Üçüncü hissə, 31. Gizir SəfərovDoğrudan da yorulmuşdum. Gör neçə il idi, səngərlərdəydim. Taa 91-ci ildən. Beş ildən artıq eləyirdi. Bəs idi. Evə qayıdıb bir iş tapmaq, ailə qurmaq, oğul-uşaq sahibi olub, sadə insanlara qarışmaq istəyirdim.Canavar yalının üstündə burnuma, qulağıma su dolduğu üçün hələ də “tın-tın” danışırdım. Komandirin təşkil elədiyi yolasalma məclisində çıxış eləyəndə dedim, “tın-tın” adamdan kəşfiyyatçı olmaz! Mən artıq burnunda danışan qoca bir kişiyəm! Haqqınızı halal edin. Bir balaca gözlərim də doldu! Çıxışımı bu pafoslu sözlərlə bitirdim:
Üçüncü hissə, 32. Komandirİçib keflənən kimi kəşfiyyat taqımının son əməliyyatını müzakirə etməyə başladılar. Mən də bir küncə çəkilib sakitcə qulaq asırdım. Ağız deyəni qulaq eşitmirdi. Kimin nə söylədiyini çətinliklə müəyyən etmək olurdu. Elə sözlərə şaqqanaq çəkib gülürdülər ki, məəttəl qalırdım. Kefliliyin sirri səbəb olmadan sevinə bilməkdir.İçki Əsgər Rəfiyevin dilini açmışdı:
Poems by other poets
Aləmi palçıqdan yaradıb, yapdm,Yapıb da neylərsən, bundan sənə nə?
Biz yenə də qayıdarıqSiz ey gözü həsrət çəkən ağ birçəkli analar!Dağıdılmış barlı bağlar, odu sönmüş xanalar!
Ağca qızSəni gördüm oldu əqlim pərişan,Əridi ürək kimi yağı ağca qız,
Qəzəl: Şanənin qəsdi nədir çəkməz əlin birçəkdənŞanənin qəsdi nədir çəkməz əlin birçəkdən,Mən kimi aşiq olub zülfə məgər görcəkdən