Dolanım başuva, ey nazlıca yarım, bəri bax
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Dolanım başuva, ey nazlıca yarım, bəri bax,İşvəli, qəmzəli, çəm-xəmli nigarım, bəri bax.
İşvə ağaz qılıb səbrimi tarac eləmə,Getdi dildən dəxi aramü qərarım, bəri bax.
Xəm yemiş qamətim əbrulərivün qurbanı,Zülfi-pürtabuva qurban təni-zarım, bəri bax.
Bu cəfadidə dil ol kakili-mişkinə fəda,Gözlərin sədqəsi bu cismi-fikarım, bəri bax.
Maqta — the closing couplet bearing the poet’s pen name. Can nisar etməgə amadədi Seyyid, gözəlim,Gər desən lütf ilə: ey aşiqi-zarım bəri bax!
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-dolanim-basuva-ey-nazlica-yarim-beri-bax
Use ← → keys to move, R for a random poem
More by this author
Görüb ziyayi-rüxün kuyi-yarə gəldim mən,Ümidi-vəsli ilə bu diyarə gəldim mən.
Ey ləli-ləbin şireyi-şəkkər təki şirinEy ləli-ləbin şireyi-şəkkər təki şirin,Föhşi-dəhənin, qəndi-mükərrər təki şirin.
Mən öldüm, üstümə dildar gəlsinMən öldüm, üstümə dildar gəlsin,Açıb başın o sünbültar gəlsin.
İstərəm görmək səni bir şəxsə imkan olmasınİstərəm görmək səni bir şəxsə imkan olmasın,Məndən özgə hüsnüvə bir kəs nigəhban olmasın.
Poems by other poets · Love
Arizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
GörüşBiz ki unutmuşduq ilk məhəbbəti,Ah, bu qəfil görüş kaş olmayaydı.
HicranAyrılıq dediyin duzlu bir sudur,içdikcə köz kimi yandıracaqdır.
Sevgi valsıAy dolanır, gecə lal;Dayanmışıq üz-üzə.