Ey Xızır, zülməti-zülfü sənə asan olmaz,Dəhəni-yar kimi çeşmeyi-heyvan olmaz.

Hüsnə mövquf degil, yar gərək hal əhli,Çox olur yar, vəli yari-zəbandan olmaz.

Seyd qılmaz dili-üşşaqı, könül, kakilü zülf,Hüdhüdün tacı əgər olsa, Süleyman olmaz.

Qan edibdir, dili-üşşaqı xəyali-dəhənin,Afitabım, ləbüvi ləl desəm qan olmaz.

Xəlq edə aşiq üçün xaliq əgər yüz firdovs,Bu yəqinimdi ki, əcri-şəbi-hicran olmaz.

Zahida, etmə mənim könlümə iyman təlqin,Kafəri-eşqdi bu, hiç müsəlman olmaz.

Sənə hədsiz olur, ey şux, mənim tək aşiq,Mənə bu aləm ara sən kimi canan olmaz.

Zülməti-şəbdən usandım, ey əlin qurbanı,Sinəni açmayasan, sübh nümayan olmaz.

Maqta — the closing couplet bearing the poet’s pen name. Hüsn sultanı sənin kimi tapılmaz hərgiz,Sənə Seyyid kimi bir bəndeyi-fərman olmaz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love