Eylədi vəsf könül arizi-cananı qələt,Oxudu tifl bu məktəbdə “Gülüstan”ı qələt.

Sandı güldə tapılır nəfxeyi-zülfi-siyəhin,Etdi hər fəsldə dil seyr bu bustanı qələt.

Səfheyi-arizinə katibi-qüdrət o gülün,Biməqam etdi rəqəm ol xəti-reyhanı qələt.

Sandılar kim düri-dəndanına həmtay olur,Saldılar məğlətəyə gövhəri-qəltanı qələt.

Bağdə açdı yüzündən o güli-tazə niqab,Çaşdırıb bülbül özün, eylədi əlhanı qələt.

Qaşların “nuni-qələm”, zülfünü “Vəlleyl” dedim,Dedilər kim, oxudun ayeyi-quranı qələt.

Maqta — the closing couplet bearing the poet’s pen name. “Qab-qovseyn” oxudum əbruyi-yarı, Seyyid,Vay o gündən ki, müfəssir verə mənanı qələt.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love