Ta ki, gəldi əbr tək rüxsari-mahi-yarə xət,Ruzgarım eylədi ol zülflər tək qarə xət.

Atəşin rüxsarə xəttin gəldi könlüm almağa,Rəsmdir əhli-əzaim kim, salırlar narə xət.

Gülsitani-kuyi-dilbər vəsfinin inşasına,Katibi-qüdrət yazıb reyhan ilə gülzarə xət.

Gəldi xət rüxsarına, üşşaqə dəgdi yarələr,Görməmişdim kim, bu sirri qəlbə vursun yarə xət.

Əşki-gülgundur midadım, xameyi-müjgan iləYazdım, ey gül, şami-hicrində dərü divarə xət.

Xətti gəlcək qətli-amə açdı əl ol gül, məgərHüsn sultanı yazıbdır qətl üçün sərdarə xət.

Maqta — the closing couplet bearing the poet’s pen name. Qarə olsun ruzigarı xətti-yarın mən kimi,Tirə etdi ruzigarım, Seyyida, ol qarə xət.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love