Əzəldən çünki mən meyxareyi-bəzmi-ələst oldum,İçib vəhdət şərabından belə məxmurü məst oldum.

Zibəs ki, yağdı daşlar başıma bu çərxi-minadən,Dürüst ikən pozuldum, sağəri-mey tək şikəst oldum.

Təcəllayi-cəmalın məscidü meyxanədə gördüm,Gəhi məsciddə abid, deyrdə gəh bütpərəst oldum.

Əyağ aldım ələ, başıma çəkdim naz ilə sağər,Ayağın sədqəsi, saqi, ki mən bipavü dəst oldum.

Nişimən etmiş ikən qafi-üzlət üzrə ənqa tək,Həvayi-daneyi-xalınla damə paybəst oldum.

Ədəm məmurəsində rahət ikən eyni-vəhdətlə,Düşüb eyni-zəvalə aləmi-kəsrətdə həst oldum.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ziyai-şəms tək düşdüm o kuyi-dilbərə, Seyyid,Yetişdim rütbeyi-ülyayə, fikr etmə ki, pəst oldum.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love